Maraqlı

Dünyanın ən yaxşı hava əlaqəsi olan HAVA LİMANLARI

6 Sentyabr 2024 23:44
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən yaxşı hava əlaqəsi olan hava limanları açıqlanıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, İstanbul Beynəlxalq Hava Limanı (Türkiyə) hazırda dünyanın hər yerindən ümumilikdə 309 istiqamətə keçidlə dünyanın ən yaxşı əlaqəsi olan hava limanı kimi tanınıb.

İkinci, üçüncü və dördüncü yerləri Avropanın üç əsas kontinental mərkəzi tutur: Almaniyanın Frankfurt-am-Mayn (296 istiqamət), Fransanın Paris-Şarl de Qoll (282 istiqamət) və Amsterdamdakı Hollandiyanın Schiphol (270 istiqamət). 

Dubay Hava Limanı (BƏƏ) 269 istiqamətlə altıncı yerdə qərarlaşıb. Ardınca isə cədvəldə yeddinci, səkkizinci və doqquzuncu yerləri tutan Dallas-Fort Uort (ABŞ), Şanxay Pudonq (Çin) və Atlanta (ABŞ) gəlir.

İlk onluğa daxil olan digər Avropa hava limanı isə öz gediş ekranlarında 234 istiqamətlə onuncu yerdə qərarlaşan Romanın Fiumicino (İtaliya) hava limanıdır. 221 istiqamətlə London Hitrou (Böyük Britaniya) 12-ci yeri tutub. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.