Rusiya

""Covid XEC" variantı sürətlə yayılır, havalar soyuduqca..." - HƏYƏCAN TƏBİLİ

16 Sentyabr 2024 15:00
Baxış: 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyun ayında Almaniyada aşkarlanan "Covid XEC" variantı sürətlə yayılır.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, mütəxəssislər artıq bu istiqamətdə xəbərdarlıq ediblər. Məlumata görə, havalar soyuduqca sözügedən virus daha da təsirli ola bilər.

Qeyd olunub ki, "Covid XEC" üç qitənin 15 ölkəsində aşkar edilib. ABŞ-də yerləşən "Scripps" araşdırma institutunun direktoru Erik Topol "Dünyada və ABŞ-də hələ yeni aşkarlanıb. Virusun yeni dalğasının başlaması bir neçə ay çəkəcək. Bu, növbəti variant kimi görünür" deyib.

ABŞ-də yerləşən səhiyyə şirkəti "Kaiser Permanente"nin mütəxəssisi Elizabet Hudson isə bu variantın Qərbi Avropada yayıldığını qeyd edib: "Virus orada sürətlə yayılır, lakin ABŞ-də vəziyyət belə deyil".

Məlumata əsasən, KS.1.1 və KP.3.3 variantlarının qarışığı olan "Covid XEC" qrip və soyuqdəymə kimi ümumi xəstəliklərdə müşahidə olunanlara bənzər simptomlara səbəb olur. Bunlara yüksək hərarət, davamlı öskürək, dad və ya qoxu itkisi, nəfəs darlığı, yorğunluq və ya halsızlıq hissi daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.