Maraqlı

Fillərdə insana bənzər özəllik - Bir-birini adı ilə çağırırlar

16 İyun 2024 08:29
Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər fillərin insanlara bənzəyən başqa bir davranışını aşkar ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, alimlərin apardığı araşdırma nəticəsində fillərin də bir-birini öz adları ilə çağırdığı məlum olub.

Kolorado Universitetinin tədqiqatçıları Keniyada fillərin 470 səsini, o cümlədən müxtəlif gurultu və uğultuları qeydə alıblar.

Mütəxəssislərdən ibarət qrup qeydə aldıqları səslərin hər birinin özünəməxsus olduğu qənaətinə gəlib. Daha sonra qeydə alınan səsi çoxlu fillər olan yerdə yenidən səsləndiriblər. Nəticədə həmin səsə uyğun gələn fil səsə reaksiya verib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.