Maraqlı

Ən ağıllı uşaqlar bu aylarda doğulanlardır

9 May 2024 19:20
Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər bir milyondan çox uşağın məlumatlarını araşdırıb və onların nailiyyətlərini doğulduğu aylara görə sıralayıblar. Müəyyənləşib ki, uşaqların doğulduğu aydan asılı olaraq uğurlarında fərqlər var.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, tədqiqatçıların 1 milyondan çox şagirdin məlumatları nəzərə alınaraq apardıqları araşdırmada ən ağıllı uşaqların hansı ayda doğulduğu müəyyən edilib.

ABŞ-da 6-15 yaş arası uşaqların məktəb performansını nəzərə alan araşdırmada təəccüblü nəticələr ortaya çıxıb.

Ən ağıllı uşaqlar sentyabrda doğulur

Alimlər müəyyən ediblər ki, sentyabr ayında doğulan uşaqların akademik göstəriciləri digər aylarda doğulan uşaqlardan xeyli yüksəkdir. Bu uşaqlar orta məktəblərdə və liseylərdə ən müvəffəqiyyətli olmaqla yanaşı, universitetlərdə də ən yüksək dərəcələrə nail olurlar.

Ən uğurlu idmançılar avqust ayında doğulanlardır

Araşdırmalara əsasən, idmanda ən istedadlı adlar avqust ayında doğulan uşaqlar olub. Futbol, basketbol və bir çox digər sahələrdə ən çox ulduz futbolçunun avqust ayında doğulduğu müəyyən edilib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.