Mikelancelonun rəsmlərindən ibarət gizli otaq təqdim olunacaq - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mikelancelo Buonarrotinin rəsmləri olan gizli otaq Florensiyada ictimaiyyətə təqdim olunacaq. Otaq San Lorenso Bazilikasında Mediçi Kapellasında yerləşir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, qeyd edək ki, 1530-cu ildə Roma Papası VII Kliment Mikelancelonu güclü Mediçi ailəsi ilə mübahisə etdikdən sonra ölümə məhkum edib. Sənətçi xilas olmaq üçün iki aya yaxın kiçik otaqda gizlənib. Bu müddət ərzində o, divarlarda əvvəlki işlərini xatırladan onlarla rəsm çəkib. Rəsmlər divarlara kömür və təbaşirlə çəkilib.
1975-ci ilə qədər, Mediçi Kapellasının direktoru Paolo Dal Pojetto muzeydən yeni çıxış üçün uyğun otaqlar axtarmağa başlayana qədər bu otağın varlığından heç kimin xəbəri olmayıb. Axtarış zamanı o, şkafın altından onu 10 metr uzunluğunda və üç metr eni olan otağa aparan keçid aşkar edib.
Mütəxəssislər qeyd ediblər ki, təsvirlər Mikelancelonun əsərlərinin bir növ "kataloquna" bənzəyir. Rəssam bu otaqdan sağ çıxacağına əmin olmadan onu yaradıb. Bəzi təsvirlər Sikstin kapellasının və Mediçi ailəsinin məzarının fiqurlarını xatırladır. Bir fiqur isə David heykəlinə bənzəyir.
Onu da əlavə edək ki, Mikelancelo sonda əfv olunub və onun ölüm hökmü ləğv edilib. O, 1534-cü ildə Florensiyadan Romaya gedib.
Mikelancelo Buonarrotinin rəsmləri olan otaq əvvəllər yalnız sənət tarixçiləri üçün nəzərdə tutulsa da, noyabrın 15-dən geniş ictimaiyyətə açılacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Televiziya ulduzunun son halını görənlər tanıya bilmir - FOTO
-
Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
Bakıda məşhur hotel YANIR - VİDEO
-
Canlı efirdə duetlərini oxuyub AĞLADILAR - VİDEO
-
"Vedrəni atdı, başım PARÇALANDI" - VİDEO
XƏBƏR LENTİ
-
Günün qoroskopu: İmpulsiv alış-verişlərdən uzaq durmalısınız
-
Pley-off mərhələsindən uzaqlaşdılar, 4 xalları silindi
-
Vens: İranla danışıqlarda irəliləyiş var
-
"Mançester Siti"də böyük təmizlik
-
26 mərtəbəli binanı 5 günə inşa etdilər
-
"Artıq üçüncü həftədir, güclə nəfəs alıram”
-
Moskva-İrkutsk reysində gərgin anlar - məcburi eniş edildi
-
Qurban Qurbanov: "Ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Azərbaycanda dəhşətli qətl baş verdi
-
Xabi Alonso "Real Madrid"in ulduzunun transferini istəyib
-
“Piano Musiqisi Axşamı” adlı konsert proqramı təqdim olundu - FOTO
-
“Yerində olsaydım, onu stadionun yaxınlığına belə buraxmazdım”
-
Bakı-Tbilisi-Bakı qatarının qrafiki açıqlandı
-
Mourinyo gələr-gəlməz onu komandadan göndərir - FOTO
-
“Dost! Dost! Dost!” adlı konserti Novruz Novruzlunun xatirəsinə ithaf edilib - FOTO
-
Muaddib “Qarabağ”da məşqlərə başladı - FOTO
-
Azərbaycan və Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək - YENİLƏNİB - FOTO
-
Televiziya ulduzunun son halını görənlər tanıya bilmir - FOTO
-
Maskalılar qəzetin yerləşdiyi binaya basqın etdilər
-
16 yaşlı futbolçu öldü
-
Xalq artisti İzzət Bağırovla anasını kövrəltdi - VİDEO
-
Novxanıda yanan "AF Hotel" kimindir?
-
Müşavir sədr müavini oldu - FOTO
-
Nazir onu direktor təyin etdi - FOTO





