Maraqlı

50 yaşında ana olacaq - FOTO

25 İyun 2023 09:16
Baxış: 2 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyalı supermodel Haydi Klum beşinci hamiləliyi ilə bağlı şayiələrə əsas verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hazırda o və əri, "Tokio Hotel"in 33 yaşlı gitaraçısı Tom Kaulitz Venesiyada istirahət edirlər.

Yerli paparassilər cütlüyü gəzinti zamanı yaxalayıb. Onlar bir-birlərinə olan hisslərini gizlətməyiblər - küçədə əl-ələ verib, qucaqlaşıb öpüşüblər.

Musiqiçi bir neçə dəfə əlini arvadının qarnına qoyub. Bu, jurnalistlərə cütlüyün uşaq gözlədiklərini güman etməyə əsas verib.

Qeyd edək ki, Klum və Kaulitz 2019-cu ildən evlidirlər.


Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.