Maraqlı

İstirahət günlərində izləniləcək ən maraqlı filmlər - FOTO

21 Oktyabr 2023 23:54
Baxış: 715
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Milli.Az bildirir ki, lent.az istirahət günlərində izləniləcək maraqlı filmləri sizlər üçün seçib. Bu siyahıda hər zövqdə tamaşaçı üçün maraqlı nəsə tapılacaq.

"Varislər" filmi 4-cü və son mövsümündə də izləyicilərini ekran qarşısına kilidləyəcək.

"Arı" filmi təyyarə qəzasında tənha bir adaya düşmüş qızlardan ibarət futbol komandasının hekayəsidir. Film ikinci mövsümdə yeni hekayəsi ilə ekranlara qayıdır.

"Dovşan yuvası" şəxsi materialları internet vasitəsilə ələ keçirilmiş insanların nəzarət altına alınmasından bəhs edən bu film sizə həyəcan yaşadacaq.

"Gecə agenti" filmi xəfiyyələr barədə film sevənlər üçündür.

"Burda" filmi ailə ilə birlikdə izləniləcək musiqili sitkomdur.

"Qarğıdalının uşaqları" qorxu filmi izləmək istəyənlər üçün nəzərdə tutulub.

"Böyük ümidlər" klassik ingilis dramlarını sevənlər üçündür.

"Oğul" filmi Hyu Cekman yaradıcılığını, eləcə də ata və oğul münasibətlərindən bəhs edən filmləri sevənlər üçün maraqlı olacaq.

Komediya janrında macəra sevərlər üçün "Fortuna əməliyyatı: Qalib olmaq sənəti" filmini tövsiyə edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.