Maraqlı

Uşaqlarda qocalıq xəstəliyi nədir?

4 Fevral 2023 19:35
Baxış: 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkim uşaqlarda geri dönüşü olmayan qocalıq xəstəliyindən danışıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, həkim Leonid Doronin bu xəstələyin 18 yaşdan kiçik uşaqlara da təsir etdiyini bildirib:
""Demens" adlı bu xəstəlik sadəcə yaşlılarda deyil, 18 yaşdan kiçik uşaqlara da təsir edə bilir".

Həkimin sözlərinə görə, bir çox insanlar demensiyanı yaşla əlaqələndirirlər, çünki bu xəstəlikdən ən çox əziyyət çəkən yaşlılardır. Amma uşaqlara təsir edən xəstəliyin nadir bir forması var. Belə ki, xəstə uşaq disorientasiya olunur, emosiyaları, fiziki və zehni fəaliyyətini idarə edə bilmir.

Beynəlxalq Alzheimer Təşkilatının məlumatına görə, təxminən 70 növ genetik anormallıq uşaqlarda demensiyanın inkişafına səbəb olur.

Xəstəlik neyronal seroid lipofusinoz (NCL) adlanan nadir genetik xəstəliklər qrupu ilə başlayır. Onlar mərkəzi sinir sistemində şiddətli neyrodegenerasiyaya səbəb olur və neyronlara güclü zərbə vururlar.

Həkim qeyd edib ki, uşaqlara təsir edən demensiyanın hələ də müalicəsi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.