Maraqlı

Keçmiş ərlərinin indiki həyat yoldaşları ilə dost olan ULDUZLAR - FOTO

1 Fevral 2023 23:14
Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur simalar qəribə addımları ilə insanları təəccübləndirməyi sevir. Kimisi kliplərdəki obrazlarla, kimisi münasibətləri ilə və s. Deyirlər ki, boşanmaq, ayrılmaq asan deyil. Ancaq dost qalmaq mümkündür. Bəs bu, kimlər üçün keçərlidir?

Milli.Az lent.az-a istinadən keçmiş sevgililərin indiki həyat yoldaşları ilə dost olan məşhurları təqdim edir.

Uzun müddətdir ki, model Miranda Kerr keçmiş həyat yoldaşı, aktyor Orlando Blumun indiki sevgilisi Keti Perri ilə möhkəm dostdur. Hətta müğənni Keti Mirandanın kosmetikalarını reklam edir, ana olmağın çətinlikləri haqqında bərabər video çəkdiriblər. 

Aktrisa Dryu Barrimor üçüncü əri və sənət məsləhətçisi Uill Kopelmanın indiki sevgilisi Alexandra Miçhler ilə dostluq etməyi bacarıb. Onlar o qədər yaxşı yola gedirlər ki, bir-birilərinə "gözəl ruhlu" deyirlər.

Aktrisa Demi Mur 2000-ci ildə həmkarı, əri Bryus Uillisdən ayrıldıqdan sonra onunla əlaqə saxlamağa və yeni sevgililəri ilə dostluq etməyə davam edib. İndi Demi Bryusun həyat yoldaşı Emma Hemminqlə münasibəti əladır. Hətta onlar Bryusun sağalmaz xəstəliyinə görə böyük bir ailə olaraq bayramları qeyd edir və bir-birilərinə dəstək olurlar.

Aktrisa-müğənni Qvinet Peltrou da keçmiş əri Kris Martinin yeni sevgilisi, aktrisa Dakota Conson ilə dostluq edir. "Mən onu sevirəm. Bu, qəribə görünə bilər, ancaq ona pərəstiş edirəm", - Qvinet "Harper's Bazaar" jurnalına Dakota haqqında verdiyi müsahibəsində deyib.

Müğənni Taylor Svift illər öncə sevgili olduğu musiqiçi Co Conas indiki həyat yoldaşına - "Game of Thrones"un ulduzu Sofiya Törnerə heyran olduğunu etiraf edib. Müğənni duyğularını bir neçə mahnısında özünəməxsus formada səsləndirib və sosial şəbəkələrdə paylaşım edərək, sevgisini ifadə edib. 

Aktyor İan Somerhalder "The Vampire Diaries" serialındakı həmkarı Nina Dobrevdən ayrılandan iki il sonra "Twilight" serialının ulduzu Nikki Ridlə evlənib. Bu üçlük haqlarında çıxan şayiələrə son qoymaq adına "Bu foto qadınlar arasında qısqanclıq, xəyanət, saxta dostluq və əbədi nifrətlə bağlı bütün yalan hekayələrin son nöqtəsi olacaq", - paylaşımda yazıblar.

Aktyor Uill Smit 1995-ci ildə həyat yoldaşı Şeri Zampinodan boşanandan iki il sonra 1997-ci ildə Jada Pinkett ilə evlənib. Jada Şeri ilə dost olduğunu etiraf edib və ona "bacı" deyərək, aralarında heç bir səmimiyyətsizliyin olmadığını söyləyib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.