Maraqlı

Limfa düyünləri nədir, onların quruluşu və böyüməsi

14 Fevral 2023 08:55
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Limfa düyünləri kapsullu limfoid orqan olub orqanizmin hər tərəfində yerləşir. Limfa düyünləri lobya formasında olub ölçüləri 0,5 - 1,5 sm olur. Limfa düyünləri orqanizmdə simmetrik yerləşir, qabıq və beyin hissədən ibarətdir. Limfa düyünlərinin kapsulunda daxilə doğru follikullar yaradan trabekullar keçir.
Limfa düyünlərinin qabıq təbəqəsi 2 qabıq zonadan ibarətdir(kortikal və parakortikal). Burada limfositlər yerləşir və proliferasiyaya uğrayır. Proliferasiya prosesi isə adətən 1 həftədən sonra rüşeym mərkəzində başlanır.
Limfa düyünlərinin daxilində hüceyrələr yerləşir. Bu hüceyrələr virus və mikroblara qarşı aktivləşən makrofaqlardır. Limfa düyünləri çənə altı nahiyədə, boyun, qoltuq altı, qasıq, nazik bağırsaq və döş böşluğunda yerləşir. Normal halda limfa düyüləri böyümür və əllənmir. Onları hiss etmək mümkün olmur. Limfa düyünlərinin böyüməsi aşağıdakı hallarda baş verir:
- İnfeksion xəstəliklər
- bakteriya və virus infeksiyaları
- yuxarı tənəffüs yollarının iltihabı xəstəlikləri
- qızılca
- su çiçəyi
- herpes
- adenovirus və s.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.