X histiosistozu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağciyərlərin X histiosistozu retikulohistiosistar sistemin naməlum etiologiyalı xəstəliyi olub, ağciyərlər və d igər orqan, toxumalarda histiosistar qranulomaların əmələ gəlməsi ilə xarakterizə olunur.
Xəstəliyin etiologiyası məlum deyil, patgenezi kifayət qədər öyrənilməyib. Xəstəliyin əsas xarakterik xüsusiyyəti patoloji qranulomaların əmələ gəlməsi, orqan və toxumaların zədələnməsinin sistemliliyidir. Qranulomalar ən çox ağciyərlərdə və sümüklərdə tapılır. Bundan başqa qranulomalara dəridə, yumşaq toxumalarda, qaraciyərdə, böyrəklərdə, mədə bağırsaq və dalaqda həmçinin limfa düyünlərində də rast gəlmək olur. Qranulomaların əsas hüceyrələri sümük iliyində əmələ gələn histiositlər hesab olunur. Xəstəliyin kəskin forması ağciyərlərin həcmcə böyüməsi, diametri 1 sm-ə qədər olan çoxsaylı kistaların əmələ gəlməsi ilə xarakterizə olunur.
Xəstəliyin xroniki formasında ağciyərlərin səthində çoxsaylı düyünlərə rast gəlmək olur ki, bunlar da sonradan kistoz törəmələrə çevrilir. Xəstəlik əsasən 3 yaşa qədər uşaqlarda rast gəlinir və aşağıdakı təzahürlərə malikdir:
*temperatur, üşütmə, güclü öskürək, tənginəfəsliklə başlanğıc
*patoloji prosesin sümüklərə, böyrəklərə, mərkəzi sinir sisteminə verdiyi zədələnmələrlə təzahür edən sürətli gedişi
*irinli otitin əmələ gəlməsi
*bir neçə ay ərzində letal nəticə mümkündür.
Belə uşaqlarda quru öskürək, ümümi zəiflik, döş qəfəsində ağrılar özünü göstərir.
Çox vaxt kəllə, çanaq sümükləri, qabırğa zədələnir və sümüklərdə ağrılar meydana çıxır. Antidiuretik hormon sekresiyası pozulur, xəstədə ürəkyanğı və sidik ifrazı müşayiət edilir. Xəstələrin göz qapaqlarında sarı piy ləkələri görünür, onurğa sütunu zədələnir, əyilir, birtərəfli ekzoftalm əmələ gəlir.
Diaqnozu:
X histiositozun diaqnozunda rentgen müayinənin, KT müayinənin, qanın və sidiyin ümumi analizləri mühüm rol oynayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Bu şəxslərə 300 manat veriləcək
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı 3 nəfər tutuldu
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)





