Maraqlı

Uşaqlara öskürək dərmanı verməyin! - XƏBƏRDARLIQ

14 Yanvar 2023 21:25
Baxış: 1 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uşaqlarda öskürəklə müşayiət olunan soyuqdəymə xəstəlikləri artıb. Əsas səbəb mövsüm və havaların dəyişkən keçməsi ilə bağlıdır. Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə pediatr Vaqif Qarayev danışıb.

O bildirib ki, hər dəfə öskürək zamanı dərmanlardan istifadə etmək doğru deyil:

"Valideynlər telefonda, sosial şəbəkələrdə "mənə bir öskürək dərmanı deyin" deyə xahiş edirlər. Ya da apteklərdən özbaşına uşaq üçün öskürək dərmanı istəyirlər. Yolverilməzdir və heç bir halda düzgün deyil. Əksər hallarda öskürəyə heç bir dərman lazım deyil, çünki öskürək tədricən özü keçir. Vəziyyət ciddidirsə, həkim baxışı olmadan virtual müalicə və əczaçının verdiyi dərmanla uşağı müalicə etmək düzgün deyil. Bu, uşağın vəziyyətini daha da ağırlaşdırır. Çünki həkim öskürəyin səbəbini öyrənərək dərman yazır. Apteklərdə isə ümumi öskürək dərmanı verilir və bu da heç bir təsir göstərmir".

V.Qarayev vurğulayıb ki, son vaxtlar dəbdə olan inhalyasiya aparatından da özbaşına istifadə düzgün deyil:
"Valideynlər birdəfəlik bilməlidirlər ki, hər öskürəkdə dərman müalicəsi lazım olmadığı kimi, inhalyasiya aparatından istifadə, antibiotik qəbulu da yolverilməzdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.