Təsbihati-ərbəənin sirri və mənası nədir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Həsən Müctəba (ə) buyurur: "Bir neçə yəhudi Peyğəmbərin (s) xidmətinə gəlir və onların ən alim olanı Həzrətə (s) deyir: "Təsbihati ərbəənin təfsiri nədir?".
Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala bilir ki, bəni-Adəm Allaha yalan deyir, ona görə də buyurur: "Subhənallah". Yəni, Allah insanların dediklərindən münəzzəh və pakdır.
Allah Təala bilir ki, bəndələri nemətinin şükrünü yerinə yetirmirlər, ona görə də bəndələrinin Onu həmd etməsindən əvvəl O, özünü mədh etmişdir.
"Əlhəmdulillah". Bu İlahi həmd və sitayiş - ilk kəlamdır ki, əgər olmasaydı, Allah heç bir zaman heç kəsə nemət verməzdi.
"Lə iləhə illəllah", yəni Allahın vahid olmasına şəhadət verməkdir. Bəndələrin əməlləri qəbul olmaz, məgər onunla. Bu, təqva kəlməsidir ki, Qiyamət günü əməl tərəzisi onunla ağır olacaqdır.
"Allahu Əkbər" - ən üstün kəlam və Allah yanında onların ən sevimlisidir. Yəni, varlıq aləmində Allah Təaladan böyüyü yoxdur. Namaz düzgün olmaz, məgər onunla.
Çünki namaz Allah üçün əziz və dəyərlidir və Allah adı da Əzz və Cəll Haqq üçün əziz və dəyərlidir".
Yəhudi deyir: "Ey Muhəmməd! Düz dedin, bəs bu kəlməni deyənin mükafatı nədir?".
Həzrət (s) buyurur: "O zaman ki, bəndə "Subhənallah" deyər, ərşin altında olan bütün varlıqlar onunla Allahı təsbih edərlər. Ona görə də Allah Təala onu deyənə on bərabər əcr və savab verər.
O zaman ki, deyər: "Əlhəmdulillah", Allah Təala axirət nemətlərinə birləşmiş dünya nemətlərini ona əta edər.
Bu kəlmə o kəlmədir ki, nə zaman behişt əhli ora (behiştə) daxil olsa, dillərinə gətirərlər. İnsanın dünyada dediyi bütün kəlmələr qət və məhv olar, məgər "Əlhəmdulillah"dan başqa.
"Lə iləhə illəllah"ın mükafatı behiştdir. Allah Təala bu məna haqqında Quranda buyurur: "Məgər yaxşılığın əvəzi yaxşılıqdan qeyri (bir şey)dir? (Onların dünyadakı yaxşılıqlarının mükafatı Allahın onlara yaxşılıq etməsidir)". ("Rəhman" 60).
Həzrət (s) davam edir: "Məgər o kəs ki, deyər: "Lə iləhə illəllah", behiştdən qeyrisi ola bilərmi?
Yəhudi deyir: "Ya Muhəmməd (s)! Düz dedin"".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
XƏBƏR LENTİ
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
-
Rusiya–Ukrayna müharibəsi: Tank otların arasında gizlənən braziliyalı əsgərin üzərindən keçdi – (Video)
-
Aleksandr Şarovski dəfn edildi - (Yenilənib)
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar





