Maraqlı

Çimərlikdə nəhəng brilyant üzük tapan şəxsdən təqdirəlayiq addım

24 Noyabr 2022 02:31
Baxış: 946

Xəzinə axtaran şəxs Amerikanın Florida ştatının Sent-Oqasstin şəhərinin çimərliyində nəhəng brilyant üzük tapıb və onu sahiblərinə qaytarıb.

Milli.Az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

37 yaşlı Cozef Kuk metal detektoru ilə çimərlikdə gəzərək üzük tapıb. Görüntülərdə amerikalının qumdan üzük çıxararaq "Ola bilməz! Buna bax! Bu, sahildə tapdığım ən böyük brilliantdır" qışqırması əks olunub.

Kişi dərhal tapıntının videosunu sosial şəbəkədə yerləşdirib və yerli zərgərlik mağazalarına zəng edərək üzüyü itirmiş ola biləcək insanları axtarıb. Zərgərlər kişiyə üzüyün 40 min dollar dəyərində olduğunu bildiriblər. Məlum olub ki, o, platindən hazırlanıb və iri brilyantla bəzədilib.

İki həftə sonra həmin şəxsə tanımadığı nömrədən zənglər gəlib. Əvvəlcə kişi zənglərə məhəl qoymayıb, sonra isə ona zəng edənlərin üzüyün sahibləri ola biləcəyini fikirləşib. Nəticədə kişi Ceksonvil şəhərindən olan cütlüklə əlaqə saxlayıb və onlar oxşar zinət əşyalarını itirdiklərini bildiriblər. "Onlar çox xoşbəxt idilər. Qadın üzüyün tapıldığına inana bilmədiyini dedi və ağlamağa başladı", - xəzinə ovçusu bildirib.

Tapıntıdan üç həftə sonra Kuk üzük sahibləri ilə görüşüb və zinət əşyalarını onlara qaytarıb. "Çox gözəl idi. Bu il mən çox tapıntıları sahiblərinə qaytarmışam - ümumi 60 min dollar dəyərində, amma hələ belə bahalı əşyalar tapmamışam", - deyə amerikalı bildirib. O, qeyd edib ki, bu zinət əşyalarından əlavə boyunbağı və 30-a yaxın başqa üzük də var ki, onları da sahiblərinə qaytarmağa hazırdır.

"Karma yaxşı işləyir. Hər dəfə bir əşyanı qaytaranda daha qiymətli bir şey tapıram. Buna görə də onu geri qaytara bildiyim üçün xoşbəxtəm", - deyə kişi yekunlaşdırıb.

İrfan Vəliyev
Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics