Peyğəmbər əleyhissəlam adından uydurulan Qurana zidd hədislər hansılardı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bunların sayı həddən artıqdı. Bir neçə kategoriya altında bəzilərini belə tanıda bilərik:
Bir insanın öz günahını başqasına yükləməsi barədə:
"Haqsız yerə öldürülən heç bir kimsə yoxdur ki, Adəmin birinci oğluna (Qabilə) ondan bir pay düşmüş olmasın. Çünki öldürmə işini ilk görən odur" (Buxari, Müslim,Tirmizi).
"Qiyamət günü bəzi müsəlmanlar dağlar kimi günahlarla gələcəklər amma Allah onları əfv edəcək və -mənim zənnimə görə -Yəhudilərlə xristianların üstünə yükləyəcək" (Müslim)
Bu hədislər, aşağıdakı ayələrə tərsdir:
"Heç bir günahkar başqasının günah yükünü daşımaz." (Fatır, 35/18)
"Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir." (Bəqərə, 2/286)
"Hər kəsin qazandığı (günah) yalnız öz əleyhinədir. Heç bir günahkar başqasının günahını daşımaz." (Ənam, 6/164)
Qadınların xəyanət səbəbi:
"Həvva olmasaydı, heç bir qadın ərinə xəyanət etməzdi." (Buxari, 4/132)
Halbuki Quranda hər ikisinin eyni şəkildə günah işlədiyini xatırladır:
"Beləliklə, (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar." (Əraf, 7/22).
Dində məcburiyyətlə əlaqəli:
"İnsanlar 'La ilahə illəllah' deyənə qədər onlarla döyüşməyə əmr olundum. Kim 'La ilahə illəllah' deyib iman edərsə, malını və canını məndən xilas etmiş olar..." (Buxari, Zəkat,1; Tirmizi, İman,1.)
"Kim dinini dəyişdirərsə onu öldürün" (Buxari, Cihad 149; Tirmizi, Hüdud 25; Əhməd b. Hənbəl, 1/2, 7.)
Halbuki bu rəvayətlər, Quran ayələrinə ziddir:
"Dində məcburiyyət yoxdur. Artıq doğruluq, azğınlıqdan açıq aydın ayrılmışdır." (Bəqərə,2/256)
"Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır." (Qəsas 28/56).
Rəssamlar və Şairlərlə əlaqəli:
"Cəhənnəmdə ən şiddətli əzaba məruz qalacaq olanlar, rəssamlardır." (Buxari Təsavir, 89)
"Peyğəmbərin qabağına şeir deyən biri çıxınca; "Şeytanı tutun" və ya "Şeytanı yaxalayın" diye əmr etdi." (Buxari, Ədəb, 92; Müslüm, Şeir 7.)
Halbuki bu ayədə Süleyman əleyhissəlama nəinki rəsm, hətta heykəl düzəldənlərin olduğu bildirilir.
"Süleyman üçün istədiyi qəsrlər, heykəllər, hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən nəhəng qazanlar düzəldirdilər." (Səba, 34/13)
Şairlərlə əlaqəli ayəni tam oxumayanlar, həm Allaha həm də həqiqi şairlərə iftira etmiş olurlar.Bu haqda ayələr bütövlükdə belədir:
"O şairlərə gəlincə, onların dalınca ancaq azğınlar gedərlər. Görmürsənmi, onlar hər sahədə həddi aşıb gedirlər. Həm də görməyəcəkləri işi dillərinə gətirirlər (deyirlər)".
"Ancaq iman gətirən, yaxşılıq edən, Allahı tez-tez zikr edən və haqsızlığa məruz qalanda intiqam alan şairlər belə deyillər. Haqsızlıq edənlər necə yıxılacaqlarını görəcəklər (hansı dönüşlə döndəriləcəklərini, aqibətlərinin necə olacağını) mütləq biləcəklər". (Şüəra, 26/224-227)
Əməllə əlaqəli:
"Heç kimi öz əməli cənnətə soxmayacaqdır..." (Buxari, Rikak, 18; Müslim, Münafiqun, 71)
Bu hədis aşağıdakı ayələrə açıq-aydın ziddir:
"Hər bir kəs öz qazandığının əsiridir." (Müddəssir, 74/38)
"Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik." (İsra, 17/13)
"İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!" (Nəcm 53/39.)
Sehr və əfsunla əlaqəli:
"Peyğəmbər Mədinədə bir Yəhudi tərəfindən əfsunlandı. Günlərlə nə elədiyini bilməyəcək şəkildə dolaşdı." (Buxari, Tibb 47; Hənbəl, 6/57)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
XƏBƏR LENTİ
-
“Ana olmaq istəyirəm” - Dakota Conson
-
Nərimanovda binadakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
Xəzərdə zəlzələ olub
-
Ramil Vəlibəyov vəzifəsindən azad olundu
-
Bakıda marketdə arvadını döyən şəxs həbs olundu - (Video)
-
"Qalatasaray"da Okan Buruk getsə, fransalı mütəxəssis gələ bilər
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
-
Bu şəxslərin pensiyası minlərlə manatdır - Siyahı
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Tacir Şahmalıoğlu əməliyyat olundu
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Fanatının "Bentley" üzərində Aygün Kazımovaya sevgisi nümayişi - (Video)
-
Bakının bu rayonunda qaz kəsiləcək
-
Pünhan Priyevin toyunda kövrək anlar: Gəlinin qardaşı ağladı - (Video)
-
Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb
-
Əməkdar artist nəvəsinə ad günü keçirdi - (Video)
-
"Ermənistan və Rusiya bundan sonra əvvəlki kimi olmayacaq"
-
Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu - (Foto)
-
Azərbaycanda futbol üzrə ilk dünya çempionatı və festivalla əlaqədar viza proseduru sadələşdirilir
-
İnsan susuz neçə gün yaşaya bilər?
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi





