Maraqlı

Monika Belluççi bunu edən ilk qadın oldu - FOTO

6 Noyabr 2022 23:24
Baxış: 1 198
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Məşhur aktrisa Monika Belluççi "Style Magazine" jurnalının üz qabığına çıxan ilk qadın olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, şəkillər jurnalın rəsmi instaqram səhifəsində yerləşdirilib. 58 yaşlı Monika Belluççi "Style Magazine" üçün "Dolce & Gabbana"nın geyimlərində poza verib. Fotoların müəllifi Laurent Humbertdir, aktrisanın stili üzərində isə Sesilie Martin çalışıb.

"Mən xəyallarımın nəticəsiyəm" deyə, üz qabığında qeyd edilib.

Müsahibədə Belluççi ilk növbədə, karyerası ilə deyil, ailəsi ilə bağlı olan gələcək planlarından danışıb:

"İşə getmək və ya qızlarımla qalmaq arasında seçim etməli olsam, qızlarımı seçəcəyəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.