Maraqlı

İlk görüşdə bürclər üzrə diqqət çəkən səbəblər - Kiminlə diqqətli olmaq lazımdır?

24 Sentyabr 2022 02:22
Baxış: 689

Hər bir insan fərqli şəxsiyyətə və zövqlərə sahibdir. Ona görə də, hər kəsin fərqli sözlər və davranışlar diqqətini çəkir. Bu səbəbdən ilk görüş zamanı qarşı tərəfdə maraq doğurmaq üçün bilməyiniz vacib olan bəzi detallar var.

Milli.Az bizim media-ya istinadən bürclərə görə ilk görüşdə diqqət yetirilməli məqamları təqdim edir.

Qoç

Kifayət qədər həyəcanlı və tələsik olan Qoçlar görüşə qədər bütün gecəni yuxusuz və stresli keçirirlər. İlk görüş və ilk təəssürat onlar üçün çox vacibdir. Ona görə də bu görüş bir çox görüşlərin ya birincisi, ya da sonuncusu olacaq. Bununla belə, bütün enerjilərini toplayıb yaxşı hazırlıqla ilk görüşlərinə çox gözəl və güclü getmək istəyirlər.

Buğa

Rahatlıq axtaran Buğa üçün ilk görüşün ən əhəmiyyətli nöqtəsi görüşdüyünüz yerdir. Təhlükəsiz, isti və layiqli mühitləri sevir. Eyni zamanda, sıxlıq olmamalıdır, əks halda soyuq bir mühit yaranacaq. Buğa bürcü insanları ilk görüşdə mehriban davranan insanları sevmir, ona görə də ilk görüşdən sonra növbəti görüş üçün arada bir az fasilə verin.

Əkizlər

Əkizlər gülməyi və əylənməyi sevir. Ona görə də ilk görüşünüz çox əyləncəli bir mühitdə, şən bir şəkildə keçməlidir. Bu şərtlərə əməl edirsinizsə əkizlərin diqqətini asanlıqla çəkə biləcəksiniz.

Xərçəng

Xərçəng üçün anlar və xatirələr çox vacibdir. Eyni zamanda, onu xüsusi hiss etmək üçün onun zövqünə uyğun hədiyyələr lazımdır. Onun qayğısına qalın.

Şir

Özünə güvənən Şir bürcü üçün ilk görüşdə möhkəm bir əl sıxışmalısınız. Dəbdəbəni sevən Şir bürcü üçün pul xərcləməkdən çəkinməyin.

Qız

Görüşə gecikmək, səliqəsiz geyinmək, kobudluq qız bürcü üçün bağışlanmaz səhvlərdir. Bu məsələyə xüsusi diqqət yetirməlisiniz.Eyni zamanda onu sorğu-sual atəşinə tutmamalısınız.

Tərəzi

İlk görüşdə Tərəzi bürcünə təsir etmək üçün şən, canlı olun və maraqlı söhbətlər etməyə çalışın. Gündəlik və ya sosial məsələlər tərəziləri maraqlandıra bilər.

Əqrəb

İlk görüşün sakit bir məkanda olmasını xoşlayırlar. Onlar izdihamı sevmirlər. Kinoya gedə, gözəl yerdə gəzintiyə çıxa və ya bir az maşın sürə bilərsiniz. Utancaq əqrəb bürcü ilə tanış olmaq üçün sadə suallar da verə bilərsiniz.

Oxatan

İlk görüşdə bəyənməsələr, çox tez qərar verən oxatan təslim olub başqa fürsətlər axtaracaq. Bunu nəzərə almalısan. Əgər qarşı tərəfi bəyənsələr dərhal qısqanmağa başlayırlar.

Oğlaq

Oğlaqlar üçün ilk görüşün qüsursuz, tam və mükəmməl olması çox vacibdir. Gecikməyin və xəsislik etməyin. Gözəl mənzərəsi olan bir yerdə ilk görüş onlara çox təsir edə bilər. Sizdən xoşu gələndə səyləriniz heç vaxt boşa getməyəcək, həyatının sonuna qədər sizi dərin bir ehtirasla sevəcək.

Dolça

Dolça bürcünün diqqətini cəlb etmək üçün şəxsi suallardan əvvəl onu maraqlandıran mövzulardan danışmağa çalışın. Bu yolla onların diqqətini cəlb edə bilərsiniz. İlk görüş üçün parkda gəzinti onlar üçün cazibədar bir fikir ola bilər.

Balıqlar

Romantikasını hədsiz dərəcədə yaşayan Balıqlar üçün ilk görüş həyat məsələsi qədər önəmlidir. Onlar ilk görüşü kiçik, intim və romantik şəraitdə yaşamaq istəyirlər. Onlarla danışarkən sözlərinizə çox diqqətli olun. Ən kiçik sözünüzdə ilişib qalıb sizi silə bilərlər.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics