Ronaldonun “anası” azərbaycanlı jurnalist ilə nələr danışdı? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Həyatda elə hisslər var ki, onlar sadəcə olaraq yaşanır, izah olunmur. Bu hissi pul ilə də ala bilməzsən. O qədər xoşbəxtəm ki. Yuxuda mənə desəydilər ki, Ronaldo ilə görüşəcəksən, inanmazdım. Demək ki, bunu Allah yazır. Ronalda ilə birlikdə reklamda çəkildim. Bir telefon markasının reklamı idi. "Sən yetər ki, xəyal et" sloqanı ilə çəkilən reklam idi. Ronaldonu ilk gördüyümdə gözlərimə inanmadım. Gözlərimi bağladım, öz-özümə dedim ki, "mən həqiqətənmi Madriddəyəm?". Həqiqətən də Madriddə idim. Kamera arxasında 80-100 adam var idi. Obrazım rejissor idi. Belə bir səhnəcik var idi, guya Ronaldo reklama çəkilir, həmin reklamın rejissoru mənəm"
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında türkiyəli məşhur kənd qadını, aktrisa, ssenarist-yazar Ümmiye Koçak deyib. O daha sonra Ronaldo ilə görüşünün detallarından danışıb.
"Onu qucaqlayanda sanki öz oğlumu qucaqlamış kimi bir hiss var idi içimdə. Çox istiqanlı, səmimi oğlan idi. Mənə "ana" deyə müraciət etdi! Mən də ona oğlum dedim. Kamera arxasında o qədər gözəl şeylər baş verdi ki. Hər dəfə o reklam efirdə göstəriləndə onu bir daha qucaqlamış kimi oluram. Başqa bir layihədə də onunla birlikdə çəkilmək istərdim. Türkiyəyə gəlsə onu Mərsinə qonaq edəcəm.
Çəkilişdən sonra hamı fotosunu imzalatmaq üçün növbədə gözləyirdi. Təbii ki, mən də onların dilini bilmirdim. Amma Ronalda ilə bir-birimizi baxışlardan başa düşürdük. Əlimə fotonu götürüb dayandım. Yanına getmək istədim, daha sonra geriyə döndüm. Menecerini mənim yanıma göndərdi, meneceri qolumdan tutub Ronaldonun yanına apardı. Maşallah boyu uzun idi, mən isə qısa boyluyam. Hardasa onun qoltuğundan idim. Hamı bizə baxıb gülüşürdü (gülür). O mənə nəsə deyir, mən də ona nəsə deyirəm. Nə o məni başa düşürdü, nə də mən onu (gülür)" deyə Ümmiye Koçak deyib.
Ümmiyə Koçak daha sonra hazırkı fəaliyyətindən də danışıb.
"Adanada anadan olmuşam. 10 övlad olmuşuq, 6-cısı mən idim. Təhsil almaq istəyirdim, amma məni oxutmadılar. Öz-özümə dedim ki, "eybi yoxdur, mən də kitab oxuyub dünya görüşümü təkmilləşdirərəm, hər şey diplomla deyil ki". Tək xəyalım kənd qadınlarının səsi olmaq idi. Onun üçün də kənd qadınlarından ibarət truppa ilə bir teatr yaratmaq istədim. Yaratdım da. 40 evdən 7 qadın toplaya bildim. O qədər tənqidlərlə qarşılaşdım ki. Heç asan olmadı. Amma önəmli olan istəmək, çalışmaqdır. Biz bu işi qadınlarla bərabər çalışıb, bərabər bacardıq. Bu gün də kənd-kənd gəzib öz yazdığımız teatr tamaşalarını sərgiləyirik. Xəyalının arxasından qaçmaq o qədər də çətin deyil. Bunu hamı bacarar. Çünki böyük bir uğurun ilk toxumu kiçik bir xəyalla atılır. Yetər ki, sən xəyal et" deyə o bildirib.
Qeyd edək ki, Ümmiye Koçak Arslanköy Qadınlar Teatrınının direktorudur. O həmin qadınlarla Türkiyənin bir çox bölgələrinə qastrol səfərləri edir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
XƏBƏR LENTİ
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti





