Məktəbli gündə neçə dəfə qidalanmalıdır - Çantaya nə qoymalı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Məktəb dövründə uşaqlar düzgün qidalanmalıdırlar və onların yuxu rejiminə diqqət edilməlidir. Çünki hər iki amil onların gələcəkdə hansı xəstəliklərlə üzləşməsində aparıcı rol oynayacaq. Mütləq şəkildə uşaqların çantalarına meyvə-tərəvəz və isti yemək qoyulmalıdır".
Milli.Az medicina.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib ki, altıncı sinfə qədər onlar çantalarına yemək qoymağa imkan verirlər, amma yeniyetməlik dövründə çox zaman bununla razılaşmırlar:
"Təəssüf ki, məktəbdə satılan yeməklər də çox zaman onların sağlamlığına ziyan vura bilir. Fastfudlara çox yer verilməməlidir. Uşaqlar mütləq qidada süd və süd məhsullarına, ət, balıq və toyuq məhsullarına üstünlük verməlidirlər. Onlar gündə dörd dəfə qidalanmalıdırlar, iki səhər yeməyi yeməlidirlər.
Uşaqlara müayinə etmədən vitamin də vermək olmaz. Çünki həmin vitaminlər inkişafda olan orqanizmə ciddi ziyan vura bilər. Onlar kimyəvi dərman preparatlarıdır. Vitamin B, Vitamin C və ya Vitamin D həkim məsləhəti olmadan uşaqlara verilməsin. Onun yerinə meyvə-tərəvəz kimi təbii vitaminlər qəbul etmələrinə diqqət göstərsinlər".
Həkim immunitetin güclü olması üçün uşaqlara iki yaşadək ana südü verilməli olduğunu qeyd edib:
"Orqanizmin infeksiyalara qarşı mübarizə aparan müdafiə sistemi immunitetdir. İmmunitetin güclü olması üçün uşaq doğulduqdan sonra mütləq ana südü ilə qidalanmalıdır. Yaxşı olar ki, iki yaşlarına qədər onlara ana südü verilsin. İmmun sistemini zəiflədən faktorlar isə yetəri qədər var. Məsələn, əgər bir ilin içərisində üç dəfədən artıq antibiotikdən istifadə edilirsə, bu, immun sisteminin zəifləməsindən xəbər verir. Psixoloji faktorlar da immun sisteminin zəifləməsinə yol açır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Tatarıstana PUA hücumu: Ölənlər və yaralananlar var
-
Mbappe ən yaxşı gənc futbolçunun adını açıqladı
-
Bu ərazilər qazsız qalacaq
-
Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
-
İndoneziyada 241 sərnişini olan gəmi yoxa çıxdı
-
Türk bayrağına tüpürən turistə bu cəza veriləcək
-
Bu küçələrə giriş bağlandı
-
Rusiyada bu hava limanları bağlandı
-
"Zirə" "Qarabağ"a qarşı
-
Rəşad Dağlının qızı ilə Orxan Lökbatanlının dueti maraq yaratdı - (Video)
-
- Sürücülərin diqqətinə: Bu prospektdə təmir aparılacaq
-
Azərin anasını belə təbrik etdi - (Video)
-
“Kirayə götürmüşük” dediyi qızıllar odunluqdan çıxdı - (Video)
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
İsmayıllıda qəza - Ölən var
-
Azərbaycanlı aktyor qızı ilə - (Foto)
-
“Real” Madrid derbisində darmadağınla qalib gəldi
-
Qoz yağının faydaları - necə istehlak edilməlidir?
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
Azərbaycanlı məşhurların arxiv görüntüləri müzakirə yaratdı - Ən çox kim dəyişib? - (Fotolar)
-
Türkiyə mətbəxindən haydari resepti
-
Xərçəng riskini artıran çay və ya qəhvənin özü deyilmiş: Əsl təhlükə budur
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr





