Cəhənnəmdə əbədi qalacaq 8 dəstə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elə günahlar vardır ki, hər kim ona düçar olarsa, cəhənnəmdə əbədi qalar. Bu günaha düçar olan 8 dəstəni tanıyaq:
1. Kafirlər. "Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar". ("Bəqərə" 39).
Hər kim Allaha, Peyğəmbərə (s) və ya Məsum İmamlara (ə) nalayiq sözlər deyərsə - kafirdir. Hər kim Allahı cisim bilərsə, kafirdir.
2. Münafiqlər. Allah buyurur ki, münafiq qadın və kişilər əbədi olaraq cəhənnəmdə qalacaqlar. "Allah münafiq kişilərə və qadınlara və kafirlərə əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. Onlara bu, bəsdir. Və onlara Allah lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır". ("Tövbə" 68).
Bəs münafiqlər kimlərdir? Onlar o kəslərdir ki, dildə imanlı olduqlarını deyirlər, ancaq qəlbdə şeytana itaət edərlər. Möminlərə məsxərə edərlər, insanları pisliyə dəvət edər və yaxşılıqlardan çəkindirərlər.
3. Qatillər. "Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası cəhənnəmdir ki, orada əbədi qalacaqdır". ("Nisa" 93).
4. Zina etmək. "Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər'i cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar. (Və əqidə və əməl günahları birləşdiyi üçün) Qiyamət günü onun əzabı ikiqat olar və xarlıqla həmişə həmin əzabda qalar". ("Furqan" 68-69).
5. Mürtəd olmaq. "Sizdən kim öz dinindən dönsə və küfr halında ölsə, belə şəxslərin (yaxşı) əməlləri dünyada və axirətdə puça çıxacaqdır (bu dünyada camaatın onların qoyub getdikləri yaxşı nişanələrə görə onları xoşluqla xatırlamaları, barələrində dua etmələri və onlar üçün rəhmət diləmələri əks nəticələnəcəkdir). Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar". ("Bəqərə" 217).
6. Sələm yeyən. "(Sələm yeməyə) qayıdan kəslər isə cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar". ("Bəqərə" 275).
7. İslam düşmənləri ilə əlbir olanlar. "Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər". ("Maidə" 80).
8. Günahların əhatə etdiyi insan. "Bəli, (sizə, uzun sürən bir əzab gələcək, çünki) kim pis iş görsə və günahı (təkrar nəticəsində) onun bütün vücudunu (imanının aradan getməsi həddinə kimi) əhatə etsə, belə şəxslər cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar". ("Bəqərə" 81).
Allah Təala bizləri belə bir dəhşətli aqibətdən qorusun.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
XƏBƏR LENTİ
-
Seda Sayan: "Türkiyədə tayı-bərabəri olmayan yeganə qadınam"
-
Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - (Video)
-
"Qızım Azərbaycanda təhsil alacaq" - Rəqsanə
-
Yumurta alarkən heç kim bu detala fikir vermir: Zəhərləyir
-
Mənzurə Musayevanın qardaşına yüksək vəzifə verildi - (Foto)
-
Hatəm Qocayev vəfat etdi - (Foto)
-
“Mehmed: Fetihler Sultanı” “Mənəm Türk” mahnısı ilə yayımlandı - (Video)
-
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
-
Günün qoroskopu: Qarşı tərəfin nə hiss etdiyini demədən anlaya biləcəksiniz
-
Bakının iki rayonunda su olmayacaq
-
Zərərçəkən də "Beniz"in bəraətini istədi
-
Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - (Video)
-
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb - (Foto)
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakıda və bir neçə rayonda işıq olmayacaq
-
Zelenski Baş prokuroru vəzifəsindən azad edib
-
AFFA-da 3 yeni təyinat
-
Gökçe Dinçer ailə qurdu - (Foto)
-
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
-
Xınalıq yolunda sürüşmə olub - (Video)
-
Tramp Ali Məhkəməni sərt tənqid edib
-
Osman Sınav "Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış
-
Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - (Foto)





