Maraqlı

Süni intellekt bədii film yaradacaq

7 Sentyabr 2022 21:41
Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alman eksperimentator Fabian Ştelzer süni intellektdən (Sİ) istifadə edərək film yaradacaq. Müəllif gələcək "Duz" adlı filmindən bir səhnə təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müəllifin sözlərinə görə, film tamamilə neyron şəbəkələr dəsti ilə yaradılacaq. Bu şəbəkələr sayəsində görüntü və personajların səsləri, eləcə də xüsusi effektlər yaradılacaq.

F.Ştelzer kino sahəsində yenilikçi olmaq niyyətindədir və süni intellektin onun ssenarisi üzrə tammetrajlı film yarada biləcəyinə inanır.

Eksperimentatorun yaradacağı "Duz" layihəsi kosmonavtların qəribəliklərlə zəngin olan planetdəki sərgüzəştlərinə həsr olunacaq. Filmin davamı isə izləyicilərin özlərindən asılıdır. Müəllifin tapıntısına görə, tamaşaçılar ideyadan ilhamlanaraq neyron şəbəkələr üçün mətn təlimatlarını özləri tərtib edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.