Qəzəblənməyin insan mənəviyyatında buraxdığı inanılmaz dərin izlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah Təala insanı yaradarkən onu demək olar ki, potensial dolu bir varlıq yaradıb. Yəni insan həm müsbət, həm də mənfi qərizələrlə (istedad, bacarıq) dolu bir varlıqdır. Hansını qabartmaq, hansını önə çəkmək artıq onun öz ixtiyarındadır.
İnsan gözəl əxlaq, yaxşı əməl sahibi də olabilər və yaxud bunun əksinə bədəməl sahibi də ola bilər. Bütün bunların sirri isə insanın öz səy və zəhməti ilə tərəqqi və takamül etməsi üçündür. Yaxşı əməl və rəftar insanda müsbət təsir buraxır və bu təsitr də insanın mənəvi yüksəlişinə vasitə olur. Bunu əksi də bu cürdür. Bəd rəftar və pis əxlaq insanı insanlıq dərəcəsindən aşağıya süqut elətdirir.
Nəticədə insanın dünya və axirət səadəti, Allah qatında mənəvi paklığ əldə etməsi onun öz səyində və zəhmətindədir. İnsanın həyatının son hədəfi də məhz budur-Allah rizasına yetişmək! İnsanın hər iki dünyada nicatı yalnız və yalnız bu rizadadır.
Mülk surəsinin 2-ci ayəsində bu barədə buyurulur: "Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır."
Bu və bu kimi ayələr insanın yaxşı və pis qarşısında ixtiyar sahibi olmasını, bu ixtiyarın hərəkət verici amilləri olan mənfi və müsbət xislətlərə sahib olmasını bir daha təsdiq edir.
İnsanda qərizə (mənfi xislət) hesab olunan xislətlərdən biri də qəzəb (əsəb) hissidir. Əsəb insanda demək olar ki, ən dərin iz buraxan hisslərdəndir.
Sevinc, qorxu, kədər və bu kimi bütün hisslər insanda iz buraxır. Lakin əsəb qədər dərin iz buraxan heç bir hiss yoxdur. Əsəb insanın həm mənəviyyatını, həm də cismini korlayır.
Cismi zərərləri barədə mütəxəssislər qeyd edir ki, əsəb yeganə hissdir ki, konkret olaraq bir orqana deyil, bütün bədənə təsir edərək onu sıradan çıxara bilir. Bu cür yüksək əsəb isə bir günün içində yaranmır. Gün keçdikcə ən kiçik problemlər belə insanı yükləyir.
Bu da zamanla əsəbin qalaqlanmasına, bir müddət sonra isə insanda "partlayışa" gətirib çıxarır. Odur ki, mümkün qədər əsəbləri qorumaq, əsəbiləşdiyiniz an mütləq o əsəbi bədəndən çıxarmaq lazımdır. Əks halda o əsəbin hansısa orqana zərbə vurma ehtimalı çox böyükdür.
Əsəbin mənəviyyata vurduğu zərərlərlərə gəlincə isə, əgər əsəb cisimdə bir orqanı sıradan çıxarırsa, mənəviyyatda bütün mənəviyyatı yox edir. Bu mənəvi zərərləri sözlə ifadə etməkdə insan acizlik çəkir. Bunu böyük İslam alimi mərhum Əllamə Təbatəbainin bəyanı ilə ifadə etmək kifayət edir ki, bir dəfə əsəbləşməyin insana vurduğu mənfi təsirin nəticəsi anlaşılsın.
Mərhum Əllamə buyurdu:
"İnsanın bir dəfə əsəbləşməyi onu 20 il (mənən) geri atır!"
Qurani Kərim də iman və mənəviyyat sahiblərini tanıtdırarkən onları əsəblərini boğan kəslər kimi təqdim edir, qəzəbi boğmağı insanı təqva (imanın yüksək dərəcəsi) dərəcəsinə yüksəldən sifətlər sırasında təqdim edir:
"O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər." (Ali-İmran 134).
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
XƏBƏR LENTİ
-
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
-
Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb
-
Kobaxidze BMT Baş Assambleyasında iştirak edəcək
-
Ayın 21-də şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb





