Maraqlı

Apteklərdə Luqol və Dimedrol niyə tapılmır? - Qurumlar səbəbi bilmir

4 Avqust 2022 20:35
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir neçə həftədir ki, ilkin tibbi yardım üçün lazım olan pereparatlar apteklərdən tapılmır.

Söhbət qrip, zökəm, angina, badamcıq iltihabı və xroniki yorğunluqla bağlı problemlərdə geniş istifadə olunan Luqol və sinir sisteminin müalicəsində effektli olan Dimedrolun tapılmamasından gedir. Məcburiyyətdən alıcılara alternativ vasitələr təklif olunur.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu barədə çoxsaylı vətəndaş şikayətləri daxil olub. Şikayətçilərin bildirdiklərinə görə son bir neçə aydıtrki, apteklərdən Lüqol məhlulu qəhətə çıxıb. Dimedrol isə reseptsiz heç kimə verilmir.

Sözügedən problemi araşdırmaq üçün Bakının bir neçə aptekində müşahidə apardıq. Təxminən 10-na yaxın aptekdə Luqol məhlulunun olmadığı, ümumiyyətlə bu pereparatın apteklərə gətirilmədiyi ortaya çıxdı. Tutarlı səbəb gətirənlər isə olmadı.

Dimedrola gəlincə, bəzi aptek satıcıları "satılmır", dedilər, bəzilərinin isə əlaltından bu dərman vasitəsini gizli satdıqlarının şahidi olduq. Yaxınlaşıb səbəbini soruşanda isə, həmin şəxsin resept əsasında sözügedən pereparatın sifarişlə gətirildiyi cavabı verildi.

"Dimedrol"un açıq satışının dayandırılması təlimatının Səhiyyə Nazirliyi tərəfindən verildiyini də öyrənə bildik. O da məlum oldu ki, narkotik aludəçilərindən ehtiyat edərək belə bir addımın atılmasına göstəriş verilib.

Amma son vaxtlar uşaqlar və böyüklər arasında yayılma arealı genişlənən angina, zökəm və qripin müalicəsi üçün effektli olan Luqolun yoxa çıxmasının səbəbini öyrənə bilmədik. Əslində 60 qəpiklik dərmanın birdən-birə qəhətə çıxması anlaşılan olsa da, aidiyyəti qurmların bu məsələyə biganəliyi və bilərəkdən insanlara əziyyət verməsi başadüşülən deyil.

Hər iki məsələ ilə bağlı Səhiyyə Nazirliyindən cavab almağa çalışdıq. Analitik Ekspertiza Mərkəzindən (AEM) Bizim.Media-ya bildirilib ki, dərman vasitələrinin idxalı özəl şirkətlər tərəfindən həyata keçirildiyi üçün apteklərdə dərman təminatı AEM-in səlahiyyətləri xaricindədir:

"Həkimlər Luqol dərman vasitəsi ilə eyni tərkibli digər dərman vasitələrini pasiyentə təyin edə bilərlər".

Dimedrola gəlincə, Analitik Ekspertiza Mərkəzi bu pereparatın idxalında heç bir problem olmadığını qeyd edib:

"Dərman vasitələrinin idxal bazasına əsaslanaraq qeyd edək ki, sonuncu dəfə Dimedrol 09.07.2022 tarixində ölkəyə idxal olunub. Reseptlə buraxılan dərman vasitəsidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.