Maraqlı

İlk dəfə olaraq insan beyninə daimi implant yeridildi

21 İyul 2022 18:37
0 Şərh     Baxış: 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nyu-Yorkda 48 yaşlı iflic xəstənin beyninə rəqəmsal cihazları telepatik yolla idarə etməyə imkan verəcək dörd santimetrlik çip yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, amiotrofik sklerozdan əziyyət çəkən və iflic olan bir şəxsə daimi beyin-kompüter interfeysinin ilk implantasiyasıdır.

İmplant "Neuralink"in rəqibi olan "Synchron" tərəfindən hazırlanıb.

Ekspertlərin fikrincə, cihaz artıq İlon Maskın beyin implantlarını qabaqlayır.

İmplantın interfeysində beyin fəaliyyətinə nəzarət edən və insanın nəyisə düşündüyü zaman neyronların fəaliyyətini qeydə alan 16 elektrod var. Çip xəstənin sinəsinə implantasiya edilmiş başqa bir cihaza birləşdirilir. Yeni texnologiya sayəsində insan beyindən gələn siqnalları kompüter və ya smartfon kimi rəqəmsal cihazlara ötürə və beləliklə, onları idarə edə biləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.