Maraqlı

Qız ona xəyanət edən sevgilisinin acığına görün nə etdi - "Qoy bilsin, kimi itirib"

10 İyul 2022 00:31
0 Şərh     Baxış: 11 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bloqqer Vinni Kuk keçmiş sevgilisinin acığına 90 kiloqram arıqlayıb.

Milli.Az bildirir ki, müvafiq video onun TikTok hesabında paylaşılıb.

"Winniecock001" ləqəbli istifadəçi bildirib ki, o, kök olub, 158 kiloqram çəkisi olanda sevgilisi onu aldadıb. Sevgilisi ilə ayrıldıqdan sonra qız görünüşünü düzəltməyə qərar verib və bir il ərzində əldə etdiyi nəticəni göstərib.

Belə ki, videonun ilk kadrlarında Kuk tam bədən quruluşu və yuvarlaq qarın nümayiş etdirərək idman köynəyində görünüb. Daha sonra istifadəçi nazik belini göstərən cins sarafanla poz verib. "Qoy bilsin, kimi itirib", - deyə qız paylaşımın altında yazıb.

İstifadəçilər bloqqerin dəyişimini yüksək qiymətləndiriblər və ona dəstək sözlərini yazıblar. "Davam et!", "Bu onun günahıdır! Yeni sevgilin olacaq birinin şansı gətirəcək", "Vay! Keçmiş sevgilimin reaksiyasını görmək istərdim", - deyə şərh yazıblar.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.