Köpəkbalıqlarını öldürüb ciyərini yeyən balinalar imiş
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2017-ci ildən bəri Cənubi Afrika sularında böyük ağ köpəkbalıqlarının kütləvi öldürülməsi halı baş verir ki, bunun da arxasında bir cüt erkək qatil balinanın dayandığı ehtimal olunur.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın Dayer Adası Qoruğu bioloqlarının Afrika Dəniz Elmləri Jurnalında dərc olunan araşdırmalarında bildirilir.
Belə ki, iki balina ən azı səkkiz köpəkbalığını parçalayaraq öldürüb. Maraqlıdır ki, yeddi qətl halında cütlüyün yeddi dəfə qurbanlarının ciyərlərini yediyi məlum olub. Elm adamlarının vaxtaşırı olaraq ölü tapdıqları bəzi köpəkbalıqlarında isə ürək olmayıb. İki qatil balinanı döyüş izləri ilə tanımaq olar; bir balinanın üzgəci sağa, digərininki isə sola əyilib. Bu xüsusiyyətlərinə görə balinalara "Liman" və "Sağ göyərtə" adı verilib.
Bildirilir ki, köpəkbalıqlarının cəsədləri Cənubi Afrikanın Gansbay sahili ərazisində balina cütünün peyda olmasından dərhal sonra tapılmağa başlayıb. Alimlərin fikrincə, qatil balinalar üçün bu davranış normaldır, lakin onların yaşayış mühitinə belə güclü təsir göstərməsi olduqca nadir haldır.
Bölgədə uzun illər ərzində köpəkbalıqları üzərində aparılan müşahidələr sayəsində tədqiqatçılar aşkar ediblər ki, qatil balinalar yaxınlıqda olanda onlarla köpəkbalığı Gansbay sahilindən aktiv şəkildə uzaq durur. Qeyd olunan köpəkbalıqları bəzən üstünlük təşkil etdikləri ərazini həftələr və ya aylar ərzində tərk edə bilirlər.
Tədqiqatçıların fikrincə, köpəkbalıqlarının kütləvi miqrasiyası yerli ekosistemə təsir göstərib. Beləliklə, onların yerini dar dişli köpəkbalığı tutub və bu dəyişiklik ekosistemin bütün qida zəncirini məhv edə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
XƏBƏR LENTİ
-
Yəməndə son döyüşlərdə husilərin 73 üzvü öldürülüb
-
Tarixi missiya uğurla yerinə yetirildi - DİN - (Video)
-
Tbilisidəki kütləvi zəhərlənmənin səbəbi məlum oldu
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Rafinya “Barselona” tarixində yeni rekorda imza atdı
-
Hava ilə bağlı son məlumat
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
-
Rusiyanın itkiləri açıqlandı
-
Aras Bulut İynemlinin narkotik istintaqında verdiyi ifadə üzə çıxdı
-
Kartof və makaron yeyənlərin nəzərinə: Təhlükəlidir
-
İran danışıqlara başlamaq üçün şərtlər irəli sürdü
-
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar - (Video/Foto)
-
Misli Premyer Liqasında 6-cı tura bu gün yekun vurulur
-
ABŞ-də dizel yanacağının orta qiyməti rekord həddə çatıb
-
Ərazi bütövlüyünün bərpasının rəmzi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
-
Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb - XİN
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?





