Tualet suyunu pivəyə çevirdilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sinqapurda tualet suyunu pivəyə çevirməyi öyrəniblər.
Milli.Az bildirir ki, Bloomberg-in məlumatına görə, təkrar emal edilmiş tullantı sularından hazırlanan NEWBrew adlı spirtli içki ölkə üzrə mağazalarda satılmağa başlayıb.
Tullantı pivəsi Brewerkz Pivə zavodu tərəfindən Sinqapurun Milli Su Agentliyi (PUB) ilə birgə istehsal olunur. İçkiyə əlavə edilməzdən əvvəl təmizləyici qurğunun suyu ultrabənövşəyi şüalarla dezinfeksiya edilir və zərərli hissəcikləri təmizləmək üçün xüsusi membranlardan keçirilir.
PUB ekspertləri hesab edirlər ki, tullantı sularından istehsal olunan pivə sinqapurluları resurslardan rasional istehlakın və təkrar istifadənin vacibliyinə inandırmağa kömək edəcək. Mütəxəssislərin fikrincə, çirkab suların təkrar emalı ideyası son onilliklərdə dünyada şirin su qıtlığı fonunda populyarlıq qazanır. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) hesablamalarına görə, dünyada 2,7 milyard insan ilin ən azı bir ayı su qıtlığı yaşayır.
Bəzi inkişaf etmiş ölkələr, məsələn, İsrail və Sinqapur artıq öz su təchizatı sistemlərinə tullantı sularının təmizlənməsini tətbiq ediblər. Texnologiyanın daha geniş istifadəsinə bu növ mayenin təhlükəliliyi və dadı ilə bağlı ictimai stereotip mane olur. Bununla belə, Brewerkz şirkətinin baş pivə istehsalçısı Mitç Qribov əmin edib ki, onların istifadə etdiyi suyun neytral dadı var və köpüklü içki hazırlamaq üçün idealdır. NEWBrew-in dadına baxan insanlar da ənənəvi spirtli içkidən heç bir fərq görmədiklərini bildiriblər.
İrfan Vəliyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
XƏBƏR LENTİ
-
Ərinin geyiminə reaksiyası müzakirələrə səbəb oldu - (Video)
-
Ruh sağlamlığınızın pisləşdiyini göstərən 8 əlamət
-
Gülben Ergen vəsiyyətnaməsini eks-həyat yoldaşına verəcək - (Foto)
-
Suyun içinə 3 qaşıq əlavə edin: Siçanlar yolunu dəyişəcək
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı





