Maraqlı

Balıq satıcısı yeni “ovu” ilə hər kəsi təəccübləndirdi - FOTO

17 İyun 2022 09:45
0 Şərh     Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şotlandiyada balıq satıcısı Mikel Kempbell uzunluğu 213 santimetr olan tunes balığı alıb. Çəkisi 150 kiloqram olan nəhəng balıq Barselona yaxınlığında tutulub.

O, bununla bağlı özünün sosial şəbəkə hesabından paylaşım edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Kembellin sözlərinə görə, Barselonada balıq barədə məlumat alandan onun Britaniyaya çatdırılmasına qədər yata bilməyib. O, balığı dörd nəfərin daşıdığını, doğramağın isə iki saat vaxt aldığını deyib.

Qeyd edək ki, 51 yaşlı Kembpell həm də Edinburqdakı Merienda balıq restoranları şəbəkəsinin sahibidir.

Balıq satıcısı nadir hesab olunan tunesin qida kimi istifadəsinin əleyhinə olduğunu, lakin sözügedən ovun vəhşi təbiətdə deyil, xüsusi balıq vətəgəsində yetişdirildiyini vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.