“Gedək, İmam Zaman ağanı (ə.f) öz gözünüzlə görün...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ayətullah Seyyid Əbulhəsən İsfahani Əhli-beyt (ə) davamçılarının böyük mərcəyi-təqldilərindən idi.
O, Əhli-beyt (ə) tarixində ən məşhur mərcələrdən olmuşdur ki, heç kim şöhrətinə görə onun qədər tanınmamışdır. O, nəinki elmi və fiqhi dərəcəsinə görə fərqlənirdi, yaxşı müdriyyət qabiliyyəti var idi və gözəl əxlaqa malik idi.
Xristian və yəhudilərin də ona qarşı əlaqəsi böyük idi. Sadə yaşamaq, başqalarına yardım etmək, batini şeytanına qalib gəlmək, ayıqlığı və biliyi - alimin bariz xüsusiyyətlərindən idi.
Zeydiyyə firqəsindən olan alimlərdən birinin İmam Zamana (ə.f) görə bəzi şəkləri və şübhələri var idi. O, faktiki olaraq, İmamı (ə.f) inkar edirdi. Bu alim Yəməndə yaşayırdı. O, böyük hövzələrin alimlərinə bu şəkki ilə bağlı məktublar yazardı. Onları bu mövzu haqqında müzakirəyə dəvət edərdi.
İmam Zamanın (ə) varlığını təsdiq edən dəlillər istəyirdi. Təbii ki, ona dəlillər göndərirdilər, ancaq o, qane olmurdu. Yəmənli alim Ayətullah İsfahaniyə məktub yazır və ondan istəyir ki, bu məsələyə özü şəxsən baxsın. Əgər qaneedici cavabı varsa, göndərsin.
Mərcə də onu Nəcəfə dəvət edir və istəyir ki, onun qonağı olsun və bu haqda ona qaneedici cavablar versin. O, mərcənin dəvətini qəbul edir və Seyyid İbrahim adlı oğlu ilə və bir dəstə yoldaşları ilə Nəcəfə gəlir.
Nəcəfə gələndən sonra mərcənin xidmətinə gedir və mərcəyə deyir: "Biz sizin dəvətinizlə Yəməndən Nəcəfə qədər uzun yolu həvəslə gəlmişik.
İndi ümid edirəm ki, mənə qaneedici cavab verə biləcəksiniz ki, bizim də vicdanımız aram olsun. Bu məsələdə yəqinliyə çataq və əgər belə olarsa səfərimiz daha səmərəli olar. Qəlb arzumuza çatmış olarıq.
Ayətullah İsfahani deyir: "İndi istirahət edərək, yolun yorğunluğunu özünüzdən dəf edin. Gələn günün gecəsi Allahın yardımı ilə istədiyiniz cavabı sizə verəcəyəm".
Yəmənli alim bu təklifi qəbul etdi və oğlu ilə bir yerdə istirahət etməyə getdilər. Sabahısı günün axşamı alimin evinə gəldilər. Şam yedikdən sonra bu mövzu haqqında bəhs etməyə başladılar.
Ancaq bu mövzu çox uzandı və mərcəyi-təqlid bu bəhsin səmərəsiz olduğunu görüb xidmətçilərindən birinə dedi: "Məşhədi Hüseyn! Məşəli götür, bir yerə gedəcəyik".
Sonra yəmənli alimə və oğluna xitab edərək dedi: "Gedək". Soruşdular: "Hara?". Dedi: "Gedək o Həzrətin (ə.f) əziz varlığını sizə nişan verim. Siz də dünya gözü ilə onun camalına tamaşa edəsəniz. Şübhəniz qalmasın və yəqinə çatasanız".
Bu məclisdə iştirak edək alimlərdən biri Əllamə Hacı Seyyid Muhəmməd Həsən Mircahani nəql edir: "Biz Ayətullah İsfahaninin bu sözlərindən təəccübləndik. Ayağa qalxdıq ki, biz də onunla gedək, ancaq alim qəbul etmədi. O günün sabahısı yəmənli alimi və oğlunu görən zaman gecə olanları soruşduq.
Onlar dedilər: "Allaha şükür olsun ki, bizi vəhy və risalət məzhəbinə hidayət etdi və Həzrət Məhdinin (ə.f) varlığına etiqad əldə etdik. İndi biz də sizin məzhəbə üz tutmuşuq və İmam Əsrin (ə.f) davamçılarındanıq". Soruşduq: "Necə oldu?".
Dedi: "Biz evdən çıxan zaman bilmirdik ki, hara gedirik. Seyyid qabaqda gedirdi, biz də onun ardınca. Nəcəfin Vadiyus-səlamına daxil olduq. "Vəliyyi-Əsr (ə.f) məqamı" ilə məşhur olan yerdə alim dayandı.
Çırağı Məşhədi Hüseyndən aldı. Əlini mənim əlimə qoydu və biz bu məqama daxil olduq. Orada dəstəmazını təzələdi, oğlum məqamın bayırında bizim bu işimizə gülürdü.
O, namaz qılmağa başladı. Dörd rükət namaz qıldı və sonra da əlini dua üçün qaldırdı, ancaq nə dediyini eştimədim. Anidən gördüm ki, həmin məqamın hər yerini nur bürüdü. Mən bihuş olub özümdən getdim".
Yəmənli alimin oğlu nəql edir: "Bu zaman mən məqamın bayırında dayanmışdım. Atam isə o alimlə bir yerdə içəri girmişdi. Bir neşə dəqiqədən sonra atamın çığırıq səsini eşitdim.
Ona tərəf tələsdim və gördüm ki, bihuş olmuşdur. Alim də onun çiynini ovuşdururdu ki, özünə gəlsin. Atam özünə gəldi və dedi ki, İmam Zamanı (ə.f) görmüşdür.
Həzrət (ə.f) ondan vəhy və risalət məzhəbinə keçməsini istəyib. Bundan artıq heç nə demədi".
Yəmənli alim öz ölkəsinə qayıdır və dörd min nəfəri imana gətirir. Növbəti il isə ona verilən xümslə bir yerdə Nəcəfə gəlir və Ayətullah İsfahaniyə təqdim edir.
Ömrünün axırına qədər bu məzhəbi təbliğ edib, çox sayda insanı Əhli-beyt (ə) məktəbinə gətirdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...
-
Nəriman Axundzadənin 10 ay sonra vurduğu qol - (Video)
-
Fədayə Laçın: "Dedim ki, təyyarənin sağındakı yerləri alsın, tək oturum"
-
Türkiyə millisinə 2 futbolçu cəlb olundu
-
Qumral: “Əslində heç kimsiniz, fikirləriniz önəmli deyil" - (Video)
XƏBƏR LENTİ
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı
-
Bu yol sabahdan bağlı olacaq
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir
-
Göz quruluğunun səbəbi bəlli oldu
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu





