Azərbaycanda hər saatda 4 nəfər boşanır - "Gənclər söz eşitmək istəmir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son 2 ayda ölkədə 2505 boşanma hadisəsi qeydə alınıb. Bu isə günə təqribən 40 boşanma halı deməkdir.
Milli.az bizimmedia.az-a istinadən xəbər verir ki, psixoloq Gülnarə Orucova da boşanmaların hər gün artmaqda davam etdiyini deyib:
" Bu gün boşanmaların nəinki sayının artması, müddəti də azalıb. 6 ay, 8 ay evli qalan insanlar boşanmaya gedir. İli tamam olmayan nikahlar var ki, heç o nikahın bitməsi üçün boşanmaya getməyin mənası olmur".
Psixoloq deyir ki, müşahidələrinə görə, hal-hazırda boşanmaların əsas motivi xəyanətdir:
"Tez-tez sual verirlər ki, siz niyə sosial şəbəkələrdə yetişkinlərlə olan seanslarınızı paylaşmırsınız. Çünki daha çox xəyanət motivli müraciət edən ailələrdir, xüsusilə də qadınlar "həyat yoldaşım mənə xəyanət edir" deyə gizli müraciət edir. Əslində psixoloqa gizli müraciət olunmamalıdır. Psixoloqa əgər müraciət edirsənsə, həyat yoldaşınla birgə gəlməlisən. Siz artıq boşanma mərhələsinə kimi gəlib çıxmısınızsa, psixoloqa gizli gəlməyin nə mənası var?".
Ekspert müasir dünyanın insanlarda yaratdığı yalançı hissiyatdan da danışıb:
"Bu gün insanlar seriallara baxırlar, şəhərə çıxırlar ki, kinoda da, şəhərdə də insanlar gözəl yaşayır, geyinir. Onlar elə bilir ki, şəhərdə gördüyü insanlar hər gün gəzirlər. Xüsus ilə qadınlarımız bu düşüncədədir. Əslində isə belə deyil. İnsanlar yaxşı yaşamaq uğrunda sanki mübarizəyə çıxıblar. Bir çox qadın düşünür ki, mən həyat yoldaşımdan ayrılsam, sərbəst və rahat olacam, istədiyim kimi yaşaya biləcəm. Diqqət etsəniz, əxlaqsız qadınların və estetik əməliyyatların da sayı artıb".
Boşanmaların sayının artmasında ailə-məişət problemlərinin də rolu var. Psixoloq bildirir ki, xəyanətlər, bu cür düşüncələr məişət zorakılığını da artırıb.
Bu bir müddət belə olacaq, sonra daha dəhşətli bir mərhələ gələcək:
"Güclü cins geri çəkiləcək və məsuliyyətdən də qaçacaq, onda cəmiyyətin faciəsi daha da çoxalacaq. Hazırda isə qadına qarşı zorakılıq iki cins arasında yerlərin müəyyən edilməsi uğrunda mübarizənin nəticəsidir. Dünyada gedən tendensiyalara baxsaq, qadınlar udacaq, amma nəticə etibarı ilə cəmiyyətdə uzun müddət xaos yaranacaq. Bunu istəyən qüvvələr var.
Eləcə də maddi durumun da aşağı olması boşanmalara səbəb olur. Maddi durum aşağı olanda qadınla kişi arasında tez-tez söz-söhbət yaranır. Amma boşananlar arasında kifayət qədər imkanlı olan insanlar olduğunu da unutmamaq lazımdır".
Psixoloq valideyn-uşaq münasibətlərinə də toxunub.
"Gənclər valideyn sözü eşitmirlər. Ağsaqqal, ağbirçək dinləmirlər. Əsasən, qız anaları qızlarına istiqamət verməlidirlər. Hər bir insan ailə quranda müəyyən problemlərlə üzləşir, amma bu o demək deyil ki, heç nə olmadan valideynlər övladını ayırmalıdır ki, mənim övladım buna layiq deyil. Çətinliklə də olsa, ailəni qorumaq lazımdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Ter Şteqen barədə qərar verildi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
XƏBƏR LENTİ
-
Tiktoker Əhdi və dostu sərbəst buraxıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis hərəkətə keçdi
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
"Kurtlar Vadisi” ilə bağlı araşdırma başlandı
-
Demet Özdemir görünüşünü dəyişdirdi - (Foto)
-
Azərbaycan fərqli yol seçib - Kamaləddin Qafarov
-
Ter Şteqen barədə qərar verildi
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Azərbaycanda abort sayı doğuş sayına çatdı
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
-
Bakıda Formula 1 yarışı bu tarixdə keçiriləcək - Rəsmi
-
Azərbaycanda minlərlə abonentə təsir edəcək dəyişiklik - internet tarifləri artırılır
-
Trampın 7 milyard dollarlıq sərvətinin sirri - Pulları haradan gəlir?
-
Paşinyan mükafat almaq üçün Almaniyaya gedir
-
Sentyabrın 17-də hava belə olacaq - Proqnoz
-
Veteranlara şad xəbər - 400 manat...
-
Hakimlər Komitəsinin sədrindən etiraf: Penalti səhv imiş
-
Prezident İlham Əliyev “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - (Foto)
-
Türkiyədə dönər və qiymə ilə bağlı yeni qaydalar qüvvəyə mindi
-
General-mayor Anton Qrunis öldü
-
Mbappe PSJ-yə pul ödəməli olacaq
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)





