Məşhur brendlər yağışdan qorumayan 1600 dollarlıq çətirlə gündəmdə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtalyan moda evi "Gucci" və Almaniyanın idman malları şirkəti "Adidas" birgə çətir buraxdıqlarını elan ediblər.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, aksessuar şirkət loqoları ilə örtülüb və onların simvolik rənglərinə boyanıb. İki bahalı brendin belə qeyri-adi yeniliyi 1290 dollara (demək olar ki, 82 000 rubl) başa gələcək. Lakin çətir nəmin keçməsinə imkan verən parçadan hazırlanır və buna görə də sizi yağışdan xilas etməyəcək.
"Nəzərə alın ki, bu çətir suya davamlı deyil, günəşdən qorunmaq və ya dekorativ istifadə üçün nəzərdə tutulub", - "Gucci"nin rəsmi saytında deyilir. Moda evindən verilən məlumata görə, aksessuar brendlərin birgə kolleksiyasına daxildir, İtaliyada istehsal olunacaq və iyunun 7-də satışa çıxarılacaq.
Dəbdəbəli mallara tələbatın çox güclü olduğu Çində yeni kolleksiya daha da baha olacaq və çətir 11,100 yuana (1,600 dollar) başa gələcək. Bu fakt, eləcə də çətirin özü sosial şəbəkələrdə aktiv müzakirələrə səbəb olub. Çətirin su sızdırmasını fotoları Çin sosial mediasında yayılıb və tənqid edilib. Xüsusilə Çində yerli Weibo sosial şəbəkəsində çətirli haştəq bir həftə ərzində 140 milyondan çox baxış toplayıb.
Potensial alıcıların narazılığı və çaşqınlığı səbəbindən moda evinin nümayəndəsi qeyri-standart yeniliyə münasibət bildirib. "Bu əşyanı gündəlik çətir kimi istifadə etmək tövsiyə edilmir. O, yaxşı kolleksiya dəyərinə malikdir və gündəlik aksesuar kimi istifadə üçün uyğun deyil", - "Gucci" sözçüsü bildirib.
Qeyd edək ki, "Bain & Company"nin araşdırmasına görə, 2025-ci ilə qədər Çin dəbdəbəli malların dövriyyəsi baxımından dünyanın ən böyük bazarına çevriləcək.
Məlumat üçün bildirək ki, "Adidas" və "Gucci"yeni işbirliyini iyunun 7-də təqdim edəcəklər. Kollaba şalvar, idman kostyumları, əlcəklər, ayaqqabılar, panama papaqları, çantalar və digər aksessuarlar daxildir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
XƏBƏR LENTİ
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı





