Bu 3 dəstə İmam Zaman ağaya yardım edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Zaman ağanın (ə.f) qiyamı zamanı üç dəstə yardım edəcəkdir:
Birinci dəstə. İmam Zaman ağanın (ə.f) ətrafında toplanıb ilk ona yardım edəcək kəslər - 313 nəfər xüsusi dostlarıdır ki, Həzrətin (ə.f) ordusuna rəhbərlik edəcəklər.
İmam Cavad (ə) bu haqda buyurur: "Bədr səhabələrinin sayı qədər 313 nəfər səhabələr, Yer kürəsinin uzaq nöqtələrindən onun ətrafında hazır olacaqlar".
İkinci dəstə. On min nəfərlik ordudur ki, İmamın (ə.f) ən yaxın tərəfdaşlarından təşkil ediləcəkdir. Bu ordu toplanan kimi, İmamın (ə.f) qiyamı başlayacaqdır.
İmam Cavad (ə) buyurur: "On min kişidən ibarət olan əqd kamil olan kimi, Əziz və Cəlil Allahın izni ilə qiyam edəcəkdir".
Üçüncü dəstə. Zülmdən yorulmuş insan toplumudur ki, İmama (ə.f) yardım etmək üçün ona qoşulacaqlar.
Həzrət Peyğəmbər (s) buyurur: "Yer üzü nuru ilə aydınlanar və hökuməti dünyanın şərq və qərbinə çatar".
İmam Sadiq (ə) buyurur: "Hər kim Həzrət Qaimin (ə) dostlarından olmaq istəyirsə, gərək müntəzir olsun. O zaman ki, müntəzirdir, təqva ilə əməl etsin və gözəl əxlaq əsasında rəftar etsin".
İmamın (ə.f) 313 nəfər ən xüsusi dostları hansısa irq və diyardan deyildirlər, dünyanın hər yerindəndir.
İmam Cavad (ə) buyurur: "Səhabələri Bədr əhlinin sayı qədər ona tərəf toplanarlar, Yer kürəsinin ən uzaq nöqtələrindən olan 313 nəfər".
Əlbəttə bəzi hədislərdə bu 313 nəfərin bəzilərinin adları və ölkələri bəyan edilmişdir. Ancaq əlimizdə olan dəqiq məlumat budur ki, bu insanlar dünyanın müxtəlif yerlərindən olacaqdır.
Bu 313 nəfərin ən mühüm xüsusiyyətləri.
1. Allah Təalaya olan dərin elmi. İmam Sadiq (ə) buyurur: "Onlar o insanlardır ki, ürəkləri dəmir parçası kimidir. Allahın müqəddəs zatına qarşı heç bir şübhələri yoxdur.
Onlar gecə oyaq qalan insanlardır ki, namazlarının zümzüməsi arıların səsi kimi qulaqlara çatar. Gecələri oyaq qalaraq başa vurarlar və atların belində Allaha təsbih edərlər".
2. İmama (ə.f) olan dərin elm. İmam Səccad (ə) buyurur: "Onlar İmam Məhdinin (ə.f) imamətliyinə inanırlar". Bu dərin elmin nəticəsi - İmama (ə.f) olan sonsuz eşqdir.
3. İxlaslıdırlar. İmam Cavad (ə) buyurur: "O zaman ki, onun üçün bu 313 ixlas əhli cəm olacaq, Allah onun əmrini zahir edəcəkdir".
4. Şücaətlidirlər. İmam Sadiq (ə) buyurur: "Sanki mən Kufədə Qaimə (ə.f) və səhabələrinə nəzər salıram. Səcdələr alınlarına təsir etmişdir, gündüzün şirləri və gecənin rahibləridirlər".
Hər kim İmamın (ə.f) bu xüsusi səhabələrindən olmaq istəyir, gərək bu dörd sifətə malik olsun və həqiqi müntəzirlərdən olsun.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
XƏBƏR LENTİ
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu





