Maraqlı

Yüksək təzyiqi dərmansız endirməyin yolu - Kardioloqdan metod

9 Aprel 2022 21:30
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək təzyiqdən əziyyət çəkənlər düzgün tənəffüs metodu ilə təzyiqi dərmansız da sala bilərlər.

Həkim kardioloq Mariya Çaykovskaya ürək döyüntüsü və təzyiqi tez və asan yolla normallaşdırmağın üsulunu açıqlayıb.

Bunun üçün dərin və asta diafraqmal tənəffüs lazımdır.

Sakit əyləşib, bir əli döş qəfəsinə, digərini qarında göbəyin üzərinə qoyursuz.

Burundan dərin, aramla nəfəs alırsız, bu zaman qarın şişməlidir, nəfəsi ağızdan verib qarını boşaldırsız. Yəni qarnınızla nəfəs alırsız. Bu zaman sinənizdəki əl hərəkət etməməli, yəni döş qəfəsi ilə nəfəs almamalısız.

Bütün fikrinizi tənəffüsə cəmləyin, ən azı 10 dəqiqə belə nəfəs alın.

Bu metod ürək döyüntüsü 60-dan aşağı olanlara məsləhət deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.