Təbii təzyiq dərmanı. Hər gün 1 ovuc yeyin!
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəzi çox adi və ucuz təbii vasitələr (qida məhsulları, otlar, faydalı içkilər və s.) bizə yüksək təzyiqi salmağa və təzyiqə nəzarət etməyə yardım edə bilir.
Dərmanlardan fərqli olaraq bu vasitələr orqanizmə nəinki heç bir yanaşı təsir etmir, əksinə yalnız fayda verir. Bu səbəbdən yüksək təzyiqi normallaşdırmaq məqsədi ilə mümkün qədər belə vasitələrdən istifadə etmək lazımdır. Bu hipertoniya xəstəliyi olmayanlara xəstəliyin inkişafının qarşısını almağa, hipertoniyadan əziyyət çəkənlərə isə qəbul etdiyi dərmanların miqdarını və xəstəliyin risklərini azaltmağa yardım edəcək.
Mütəxəssislər qeyd edirlər ki, qidalanmada duzun azaldılması, meyvə və xüsusilə tərəvəz və göyərtilərin artırılması təzyiqi salmağa yardım edir. Sarımsaq, çuğundur və çuğundur şirəsi, mərci kimi məhsullar təzyiqi salmaq işində liderlər sayılır. Bu siyahıya daxil olan digər məhsul adi balqabaq tumlarıdır.
Saglamolun.az Express nəşrinə istinadla bildirir ki, mütəxəssislər balqabaq tumlarını "təzyiqi salmağa yardım edən ən güclü təbii vasitələrdən biri" hesab edirlər.
Balqabaq tumları orqanizmdə damarlarda yığılan "pis" xolesterinin səviyyəsini salır, "yaxşı" xolesterinin səviyyəsini isə əksinə qaldırır. Damarlarda yığılan xolesterin onları daraldır, elastikliyini pozur və bu da təzyiqin yüksəlməsinə gətirib çıxardır.
Digər tərəfdən balqabaq tumları maqnezium, kalium və arqinin kimi maddələrlə zəngindir ki, bu maddələr orqanizmdə azot oksidinin sintezini artırır. Azot oksidi damarları genişləndirir, onların sərtliyini azaldır ki, bu da təzyiqi normaya salmağa kömək edir.
Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri qeyd edirlər ki, 6 həftə ərzində hər gün 1 ovuc balqabaq tumunu yeməklə təzyiqi əhəmiyyətli şəkildə salmaq mümkündür.
Mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkirsinizsə, balqabaq tumlarını istifadə etdikdən əvvəl həkimlə məsləhətləşin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?
-
Tanınmış vəkil vəfat etdi
-
“Muradı mən yoldan çıxardım”
-
Adi routerlər hərəkətlərinizi izləyə bilər
-
Bakıda güclü küləklə bağlı XƏBƏRDARLIQ
-
Məhəbbət Kazımovun qardaşı vəfat etdi - FOTO





