Maraqlı

Dərinizdə belə səpkilər varsa... Koronavirusun yeni erkən simptomu

17 Fevral 2022 05:04
0 Şərh     Baxış: 2 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus infeksiyası dəridə müxtəlif dəyişikliklərlə səbəb ola bilir. Son zamanlar bir çox ölkələrin mütəxəssisləri qeyd edirlər ki, respirator simptomlardan əvvəl koronavirusa yoluxmuş xəstələrdə müxtəlif səpkilər əmələ gəlir.

Saglamolun.az Exress Health nəşrinə istinadla bildirir ki, Britaniya Dermatoloqlar Assosiasiyası kovidin dəridə olan müxtəlif dəyişikliklərlə əlaqəsini təsdiq edir.   

Bu dəyişikliklər hansılardır? Mütəxəssislərin müşahidələrinə görə, onlar 3 cür olur:

- Donvurmaya oxşayan dəyişikliklər - daha çox ayaq barmaqlarında əmələ gələn tünd qırmızı rəngdə ləkələr. Xəstə bu yerlərdə ağrı, qaşınma, sancma hiss edir. Bu simptom daha tez-tez cavan xəstələrdə müşahidə olunur.

- Suluqlar şəklində qaşınan səpkilər. Bədəndə müşahidə olunur.

- Suçiçəyinə oxşayan qaşınan səpkilər.

"Dərinizdə qeyri-adi səpkilər və dəyişikliklər müşahidə edirsinizsə, diqqətli olmalısınız. Bu koronavirusun erkən simptomu ola bilər", - həkimlə xəbərdarlıq edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.