Maraqlı

Nigeriyada dörd milyon şüşə pivə məhv edildi

10 Fevral 2022 23:57
0 Şərh     Baxış: 1 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nigeriyanın Kano əyalətinin Hizb Şurasının (dini polis) qərarı ilə 3,8 milyon şüşədən çox müxtəlif növ pivə məhv edilib.

Bu barədə əyalət şurasının sədri Harun İbn Sina məlumat verib.

Məlumata görə, tədbir ölkə hakimiyyətinin narkotik, alkoqol və digər neqativ sosial hallara qarşı mübarizəsi çərçivəsində həyata keçirilib.

İbn Sina rəsmi dünyəvi hakimiyyət orqanlarının bu qərarı dəstəklədiyini vurğulayıb.

Həmçinin, Kano əyalətinin qubernatoru Abdullahi Qanduje hökumətin tədbirlərə razı olduğunu təsdiqləyib. O, ictimaiyyətə müraciət edərək, hakimiyyətin mənəvi ab-havanı təmizləmək səylərini dəstəkləməyə çağırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.