Maraqlı

Bu dərmanları soyuducuda saxlamayın!

13 Fevral 2022 19:01
0 Şərh     Baxış: 1 297
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir çox evlərdə dərmanlar soyuducuda saxlanılır. İnsanlar fikirləşir ki, soyuqda dərmanlar xarab olmur. Lakin bu belə deyil.

Əksinə bir çox dərmanların soyuducuda saxlanılması onların effektivliyini azaldır.

Saglamolun.az bildirir ki, dərmanın əksəriyyəti otaq temperaturunda (təxminən 15-25 C) quru, qaranlıq yerdə, istilik sistemlərində və gün şüalarında uzaqda saxlanılmalıdır. Adətən bu haqda dərmanın təlimatında qeyd olunur ("otaq temperaturunda"). Dərmanları hamamda, mətbəxdə və həmçinin pəncərənin qabağında saxlamaq olmaz.

Lakin bəzi dərmanları məhz soyuducuda saxlamaq lazımdır (təlimatda yazılır "sərin yerdə").  Əksər hallarda bu müxtəlif şam, məlhəm, kremlər, göz damcıları, ferment preparatları, bakteriofaqlar və s.

Dərman ampulları da soyuducunun qapısında saxlamaq daha məqsədəuyğundur.

Nəzərə almaq lazımdır ki, vitamin-mineral kompleksləri, müxtəlif bitki tinkturaları, hormonal preparatları soyuducuda saxlamaq olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.