Maraqlı

“Pandemiya davam etsə, 6 aydan bir vaksin vurulacaq”

10 Fevral 2022 23:35
0 Şərh     Baxış: 2 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Pandemiya davam edəcəksə, 6 aydan bir peyvənd dozaları vurulacaq".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, əgər pandemiya bitərsə, yəqin ki, insanlar virusa qarşı ildə bir dəfə peyvənd oluna bilərlər.

T. Eyvazov həmçinin əlavə edib ki, Azərbaycanda iki doza peyvənd almış və 3-cü dozanı alacaq əhalinin sayı 40 faizə yaxınlaşır:

"Peyvəndləmə hesabına dünyada milyonlarla insanın həyatı xilas olunub. Buna görə xəstəliyi kritik keçirmə və ölüm halları azalıb".

O, həmçinin əhaliyə tövsiyə edib ki, əgər əldə olunan qoruyuculuğu davam etdirmək istəyirsiksə, "buster" dozanı da alsınlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.