Maraqlı

İflic insanları ayağa qaldıracaq yeni ümid: Onurğa beyni implantı yaradıldı - FOTO

8 Fevral 2022 13:48
0 Şərh     Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail alimləri iflic siçanlar üçün insan hüceyrələrindən onurğa beyni implantı hazırlayıblar. Transplantasiyadan sonra gəmiricilər yeriyə biliblər. Texnologiyanın klinik sınaqlarına üç ildən sonra başlanacağı gözlənilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, bu, yataq xəstəsi və ya əlil arabasında olan insanlara yenidən ayağa qalxmaq şansı verə bilər. Siçanlara üç insanın hüceyrələrindən yetişdirilmiş implant qoyulub.

İnsanlara gəldikdə, alimlər xəstənin öz biomaterialından istifadə edəcəklər. Bu, rədd edilmə riski olmadan toxumanın bərpasına və immunitetə təzyiq göstərmədən transplantasiya etməyə imkan verəcək.

İmplantın köçürülməsindən sonra uzun müddətli iflic olan siçanların 80 faizinin yerimə qabiliyyəti bərpa olunub, ancaq yaxın vaxtlarda iflic olanlarda bu göstərici 100 faiz olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.