Maraqlı

Topuqdakı çatları belə müalicə edin

6 Fevral 2022 15:30
0 Şərh     Baxış: 1 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tez quruyan dəriyə lazımi ayaq baxımı edilmədikdə çatlamağa başlayır. Digər tərəfdən, nəm itkisi, çirklənməyə həddindən artıq məruz qalma, ekzema, diabet kimi problemlər də topuğun çatlamasına səbəb ola bilər. Bunun üçün dabanların qurumasının qarşısını almaq, rahat ayaqqabı geyinmək, həddindən artıq gəzintidən qaçmaq lazımdır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, topuq dərisində yağ vəziləri yoxdur. Onu nəm və elastik saxlamaq üçün bol su içmək mütləqdir.

Bəs artıq yaranan çatları necə aradan qaldırmaq olar?

Tərkibi:

1 çay qaşığı vazelin
4-5 damcı limon suyu

Ayaqlarınızı 15-20 dəqiqə isti suda saxlayın. Bu, ayaqları və dabanı yumşaltmağa kömək edəcək. Sonra qurulayıb qarışımı bütün ayağınıza, xüsusən topuğunuza çəkin. Corab geyinib bütün gecəni bu cür keçirin və səhər yuyun.

Bunu yatmazdan əvvəl mütəmadi olaraq edə bilərsiniz.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.