Maraqlı

Meyvə şirələri içək, yoxsa?

1 Fevral 2022 21:15
0 Şərh     Baxış: 1 597
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir çox insan sağlam qalmaq üçün evdə çəkilmiş meyvə şirəsi içir. Ancaq dietoloqlar meyvə şirələrinin zənn edildiyi qədər faydalı olmadığını bildirirlər.

Milli.az bildirir ki, son vaxtlar həkim-dietoloqlar öz xəstələrinə meyvə şirəsindən uzaq durmağı məsləhət görürlər. Bu da səbəbsiz deyil. Meyvə şirələri həddən artıq şəkər ehtiva edir.

Bir stəkan meyvə şirəsi əldə etmək üçün ən az 3-4 meyvə lazım olur. Halbuki, meyvənin özünü yesəniz, həm sizi tox saxlayar, həm daha az şəkər qəbul etmiş olarsınız, həm də tərkibindəki liflər sayəsində mədə-bağırsaq sisteminin işini asanlaşdırar.

Unutmayın ki, 1 stəkan meyvə şirəsi, təxminən, 110-120 kalori ehtiva edir. Bu isə gündəlik kalori ehtiyacının 5 faizi deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.