Maraqlı

Yuxusuzluq üçün təbii vasitə: Minaçiçəyi

15 Yanvar 2022 23:30
0 Şərh     Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qurudulmuş minaçiçəyindən hazırlanan çay yuxuya getməyi asanlaşdırır.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, 1 çay qaşığı qurudulmuş minaçiçəyini 1 stəkan suda dəmləyib içsəniz, gecə yuxusu problemindən xilas olacaqsınız, həmçinin miqren ağrılarınızın qarşısını almış olacaqsınız.

Fitoterapevtlər bildirir ki, minaçiçəyi ilə hazırlanan çay baş ağrıları və yuxusuzluqla yanaşı, depressiyanı, narahatlığı, böyrək daşlarını, podaqranı, sarılığı aradan qaldırır, hətta ana südünü artırır, həm də aybaşı ağrılarına yaxşı gəlir.

Bundan başqa, baş, bel, oynaq, sinə və qulaq ağrıları zamanı fayda verir. Mədə və bağırsaqlara da yaxşı təsir edir. Boğaz əti iltihabı, soyuqlama, öskürək, astma və bronxitə qarşı faydalıdır.

Diş çürüməsi və diş əti xəstəliklərində qarqara olaraq istifadə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.