Maraqlı

Dünyada ən uzun tıxacların yaşandığı şəhərlərin SİYAHISI

9 Dekabr 2021 14:06
1 Şərh     Baxış: 1 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Inrix" naviqasiya xidməti dünyanın iri şəhərlərində yollarda nəqliyyatın hərəkətini təhlil edib və müəyyən edib ki, ən ləng nəqliyyat Londondadır. Böyük Britaniyanın paytaxtı 2021-ci ildə ən uzun tıxacların yaşandığı yerlərin reytinqinə başçılıq edir.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 2021-ci ildə London sürücüləri tıxaclara orta hesabla 148 saat sərf ediblər - bu, koronavirus pandemiyasından əvvəlkindən cəmi bir faiz az və digər meqapolislərdən isə xeyli çoxdur.

Yolların yüklənməsinə görə növbəti yerdə Paris gəlir - bu il orada sürücülər orta hesabla 140 saat tıxacda qalıblar.

Siyahıda üçüncü yerdə Brüssel (134 saat), dördüncü yerdə Moskva (108) və beşinci yerdə isə Nyu-York (102) qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.