Maraqlı

“Omikron”un gözlənilməz faydası ortaya çıxıb: Canlı peyvənd ola bilər

8 Dekabr 2021 10:06
0 Şərh     Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrikadan qayıdan iki rusiyalıda aşkar edilən "Omikron" patogenliyi azaldığı üçün canlı peyvənd ola bilər.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bunu virusoloq, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Engelhardt adına Molekulyar Biologiya İnstitutunun Hüceyrə Proliferasiyası Laboratoriyasının rəhbəri Pyotr Çumakov deyib.

"Hazırda COVID-19-un təkamülün ikinci mərhələsindən sürətləndiyinə dair optimist fikir var. O, daha az patogen, eyni zamanda daha yoluxucu olub, bu isə yaxşıdır", - deyə virusoloq bildirib.

Çumakov izah edib ki, yeni ştamla yoluxmuş insanlar xəstəlik törədən variantlara qarşı davamlı olacaqlar.

Bundan əlavə, mütəxəssis yeni vaiantın ortaya çıxmasından sonra daha lokdaun olmayacağı ehtimalını urəli sürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.