Maraqlı

Qızılla zəngin bölgəyə böyük axın: Çayın dibindəki xəzinə axtarılır

30 Noyabr 2021 21:34
0 Şərh     Baxış: 1 450
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Polis Braziliyada Amazon çayında qızılın olduğu şayiələrindən sonra qanunsuz axtarışlar aparmaq üçün bölgəyə axın edən mədənçilərə qarşı əməliyyata başlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Amazon çayının ən böyük qolunda fəaliyyətlərini intensivləşdirən "mədənçilər"in yerləşdiyi ərazilərə basqın edilib.

Ekologiya təşkilatı "Greenpeace" ən azı 300 qayığın Amazona tökülən Madeyra çayında qazıntı işi apardığını, ekoloji təhlükə yaradaraq qızıl axtardığını açıqlayıb.

Təşkilatın açıqlamasına görə, qayıqların ən azı iki həftədir çayda olmasına baxmayaraq, Braziliya hökuməti hələ heç bir addım atmayıb.

Basqın zamanı qayıqların yandırıldığını bildirən "Greenpeace" bəzi mədənçilərin oradan qaçdığını da qeyd edib.

Ekoloji siyasətinə görə sıx tənqidlərə məruz qalan Braziliya Prezidenti Jair Bolsonaro da atdığı tvitlə Madeyra çayındakı əməliyyatı dəstəklədiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.