Məktəbdən azyaşlının qaçırılması ilə bağlı məlumatlara aydınlıq gətirildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
188 saylı məktəbdən azyaşlının qaçırılması ilə bağlı məlumatlara aydınlıq gətirilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva hər hansı məktəbdən şagirdin qaçırılması faktı olmadığını deyib.
"Məktəblərin çoxunda kamera və mühafizə xidməti var. Belə hal olubsa da məktəbdən kənarda olub. Bu cür hadisələrlə bağlı hüquq-mühafizə orqanları məşğul olur" - deyə, o bildirib.
İdarə müdiri valideynləri uşaqlarına qarşı diqqətli olmağa çağırıb: "Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu, təkcə məktəbin yox, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır".
Qeyd edək ki, Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində
azyaşlı qız məktəbdən çıxarkən onun naməlum şəxs tərəfindən avtomobilə zorla itələnməsi və bıçaqla hədələnməsi ilə bağlı məlumatlar yayılıb.
Əjdər Hüseynov adlı şəxs bildirib ki, ötən gün 18 radələrində nəvəsi Z.Q 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb.
Qeyd edək ki, məktəbin ön kamerası işləmir. Lakin küçədə olan müşahidə kameralarından aydın olub ki, Z-nı ağ rəngli "Mitsubishi" markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırıb.
DİN Mətbuat Xidmətindən bildirilib ki, azyaşlının qaçırılma cəhdi ilə bağlı iddialar nəzarətə götürülüb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu





