Hadisə

Ağstafada 23 yaşlı qadın itkin düşüb

27 May 2021 13:34
Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağstafada itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Ağstafa rayon Mərcimək kənd sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova cari ilin may ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

G. Salahovanın əlamətləri belədir: arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun qara idman paltarı qara və ağ rəngli idman ayaqqabısı olmuşdur.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin 022-22-5-25-52 şəhər və (099) 367-36-69 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.