Hadisə

Qaxda 90 yaşlı qadın yıxılıb öldü

4 Aprel 2021 17:29
Baxış: 1 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qax rayonunda 90 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaxingiloy kəndində baş verib.

Belə ki, 1931-ci il təvəllüdlü kənd sakini Papiaşvili Jenya Sergeyevna yaşadığı evdə tək olduğu zaman yıxılıb və başı betona çırpılıb. Qadın hadisə yerində həyatını itirib. Onun meyitini evə gələn qızı aşkarlayıb və hüquq-mühafizə orqanlarına xəbər verib.

Yaşlı qadın evdə oğlu ilə yaşayıb. Hadisə baş verən gün isə oğlu evdə olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.