Hadisə

Şuşada xeyli sayda silah-sursat aşkar edildi

29 Mart 2021 11:35
Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərdə partlamamış silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının Dövlət Təhlükəsizlik Xidmətinin aidiyyatı qurumları ilə birgə keçirdikləri növbəti belə tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 1 ədəd pulemyot, 5 ədəd avtomat, 1 ədəd qumbaraatan, 31 ədəd müxtəlif növ qumbara, 14 ədəd müxtəlif növ mərmi, 18 ədəd avtomat darağı, 2628 ədəd müxtəlif çaplı patron və digər silah-sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.