Hadisə

Piyadanı vurub öldürən sürücü saxlanıldı

23 Fevral 2021 12:02
Baxış: 478
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bərdə rayonunda piyadanı vurub qaçan sürücü həbs edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qasımov Müşviq Xanlar oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən rayon sakini Mustafayev Elgün Qənimət oğlunu vurub. Sürücü dərhal hadisə yerindən qaçıb. E.Mustafayev Bərdə rayon Mərkəzi Xstəxanasına yerləşdirilsə də, o, aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı cinayət işi başlanıb. Keçirilən əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Qasımov saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.